Icma.az
close
up
RU
Danışmağı buraxdı, hürməyə başladı: Səbəbini eşidənlər təəccübləndi FOTO

Danışmağı buraxdı, hürməyə başladı: Səbəbini eşidənlər təəccübləndi FOTO

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ailəsi tərəfindən baxımsız qalan 8 yaşlı uşaq sevgini ancaq itlərdən görüb… Balaca uşaq insanlarla danışmaq əvəzinə hürərək ünsiyyətə başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tayland Uşaqları və Qadınları Müdafiə Fondunun prezidenti Paveena Hongsakul bölgədəki bir məktəb direktorunun xəbərdarlığını aldıqdan sonra hərəkətə keçib.

Direktor bildirib ki, kiçik oğlan anası tərəfindən yalnız qısa müddətə sosial yardımdan yararlanmaq üçün məktəbə gətirilib, lakin heç vaxt rəsmi qeydiyyata alınmayıb.

Uşağın heç vaxt bağçaya getmədiyi və ailəsi ilə demək olar ki, heç bir emosional əlaqəsinin olmadığı öyrənildi. Uzun müddət baxımsız qalan balaca uşaq sonda bir qrup küçə itləri ilə yeganə sosial əlaqəsini qurub. İnsanlardan uzaq böyüyən oğlan sonda danışmaq əvəzinə itlər kimi hürərək ünsiyyət qurmağa başlayıb.

Polis qruplarının apardığı araşdırma zamanı ailənin qaranlıq keçmişi də üzə çıxıb. Müəyyən edilib ki, 46 yaşlı ana və 23 yaşlı qardaş narkotik aludəçisi olublar və həyatlarını bütünlüklə yeni narkotik dozasının tapılmasına həsr ediblər.

Məhəllə sakinlərinin verdiyi məlumata görə, ana tez-tez pul və yemək diləyir, ətrafdakılar isə asılılığına görə ondan uzaqlaşırmış. Bu sosial təcrid kiçik uşağı təkliyə və itlərlə münasibətə sövq etdi. Digər uşaqların onunla oynamadığı və kənarlaşdırıldığı da bildirilib.

Yerli mətbuat təşkilatı Khaosodun verdiyi xəbərə görə, şəxsiyyəti açıqlanmayan və yalnız “A” kod adı ilə xatırlanan uşaq Uttaradit Uşaq Evinə yerləşdirilib. Burada məqsəd psixoloji dəstək və reabilitasiya alan uşağın mütəxəssislərin nəzarəti altında yenidən insanlarla ünsiyyət qurmağı öyrənməsidir.

Uşağın əsas təhsil hüququna malik olması, sağlam sosial münasibətlər qurması və təhlükəsiz mühitdə böyüməsi üçün dövlət tərəfindən dəstəklənən xüsusi proqram hazırlanmışdır. Rəsmilər travmanın izlərinin silinməsinin zaman alacağını, lakin ümidli olduqlarını bildiriblər.

Günel

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri