Icma.az
close
up
RU
Bədəninlə danışmağı öyrən

Bədəninlə danışmağı öyrən

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaləddin İBRAHİMLİ,

Professor

Gecə hər şey susanda, əslində ən çox danışan bizim içimiz olur. Gün boyu topladığımız sözlər, udduğumuz qəzəblər, gizlətdiyimiz incikliklər səssiz bir karvan kimi ruhumuzdan bədənimizə doğru axır. Biz isə bunu sadəcə “yorğunluq” adlandırırıq. Halbuki bədən yorulmur – yüklənir.

İnsan bədəni qəribə bir varlıqdır. O, bizimlə eyni dili danışmır, amma hər şeyi anlayır. Biz “keçdi” deyəndə belə, o unutmur. Biz “önəmsizdir” deyəndə belə, o baş verəni qeyd edir. Hər sıxılmış qəzəb, hər deyilməmiş söz onun yaddaşında iz qoyur – sanki hüceyrələr xatirə daşıyır.

Elm bunu xroniki stress, kortizol və sinir sisteminin gərginliyi ilə izah edir. Amma bu terminlərin arxasında çox sadə bir həqiqət dayanır: gün ərzində tıxacda biri səni azarladısa, işdə kimsə qəlbini qırdısa, bədən bunu unutmur – incikliyi saxlayır. Və hər gecə biz bu incikliklərlə eyni yastığı bölüşürük.

Bəlkə də gecə bir “təmizlik”, bir katarsis saatıdır. Günün sonunda özümüzə səssizcə “boş ver getsin” deməliyik. Bu sadə söz bəzən bir dua qədər güclü olur. Çünki əfv etmək yalnız qarşı tərəf üçn deyil – bədənimizi də azad edir. Stress hormonları səssizcə geri çəkilir, sinir sistemi sakitləşir. Sanki içimizdə görünməz bir düyün açılır. Bu, sadəcə hiss deyil – biologiyadır.

İçimizdə bir uşaq yaşayır. Vaxtında qorunmamış, bəzən eşidilməmiş, bəzən də tək buraxılmış bir uşaq. Biz böyüyürük, amma o uşaq böyümür – sadəcə susur. Və ən qəribəsi budur ki, o susduqca bədən daha çox danışmağa başlayır.

Böyük Carl Jung bu halı belə izah edirdi: insan şüurundan uzaqlaşdırdığı, görmək istəmədiyi hissləri “kölgə”yə çevirir. Amma kölgə yox olmur – sadəcə forma dəyişir və bəzən bədən vasitəsilə danışmağa başlayır. Yəni içimizdə susdurduğumuz hər şey, başqa bir yolla özünü ifadə etməyə çalışır.

Bəzən səbəbsiz narahatlıq, bəzən izahsız yorğunluq – bunlar sadəcə simptom deyil, daxili dialoqun qırıldığı nöqtələrdir. Bir gün o uşağın gözlərinin içinə baxıb səmimi şəkildə və cəsarətlə demək lazımdır: “Bağışla, səni qoruyan olmadı. Amma mən artıq böyüdüm, buradayam. Bundan sonra səni əsla yalnız buraxmayacam.”

Bu cümlə zəiflik deyil. Bu, insanın öz daxilində liderlik etməsidir. Psixologiya bunu “self-compassion” adlandırır. Sadə dillə desək – özünə insan kimi yanaşmaq.

Daxili dialoqumuzun tonu bədənin reaksiyalarını birbaşa formalaşdırır. Daxili səsin tonu sinir sisteminin tonunu müəyyən edir. Sərt sözlər bədəni sıxır, yumşaq sözlər isə onu açır, rahatladır. Beyin təhlükə ilə təhlükəsizlik arasında fərq qoyur və biz hər səssiz və ya səsli fikrimizlə ona siqnal göndəririk. “Yenə bacarmadın” deyəndə bədən müdafiəyə keçir. “Əlimdən gələni etdim” deyəndə isə rahatlayır. Bu, metafora deyil – neyrofiziologiyadır.

Şükranlıq bədənin nəfəs aldığı bir sahədir. Hər “şükür edirəm” cümləsi daxildə bir pəncərə açır və işıq içəri dolur. Dopamin və serotonin – elmin adlandırdığı bu kimyəvi dəyişikliklər əslində bir hissin tərcüməsidir: həyatla barışmaq.

Bədən bir yük daşıyıcısı, hambal deyil, bir yol yoldaşıdır. O, illərlə bizim üçün işləyir, dözür, susur. Biz isə çox vaxt ona yalnız ağrıyanda qulaq asırıq. Halbuki bədən daim danışır – ürək döyüntüsü, nəfəsin ritmi, yorğunluğun dili ilə.

Jungun ruhuna yaxın bir düşüncə ilə desək: əlini ağrıyan yerin üzərinə qoy və bir anlıq dayan. O orqanla dost kimi danış. Səni səssizcə yaşatdığı üçün ona təşəkkür et. Hərdən də güzgünün qarşısında öz gözlərinin içinə baxaraq bədəninə səslən: “Səni eşidirəm, yanındayam, səni görürəm və sevirəm”.

Bu sadə anlar sinir sistemi üçün təhlükəsizlik siqnalıdır. Bədən bunu anlayır, hüceyrələr isə bu sakitlikdən və diqqətdən payını alır. Bəzən şəfa dərmandan deyil, insanın öz bədəni ilə qurduğu dialoqdan başlayır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri