Icma.az
close
up
RU
Yeni tədqiqat: Uşaqlar danışmağı öyrənməmişdən əvvəl yalan danışmağı öyrənirlər

Yeni tədqiqat: Uşaqlar danışmağı öyrənməmişdən əvvəl yalan danışmağı öyrənirlər

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Yeni tədqiqat: Uşaqlar danışmağı öyrənməmişdən əvvəl yalan danışmağı öyrənirlər


Yeni bir tədqiqat göstərib ki, körpələr ilk ad günlərindən əvvəl yalan danışmaq sənətini mənimsəyə bilirlər. Oxuməni.az xəbər verir ki, bu barədə "Independent" yazır.
Tədqiqatçılar müəyyən ediblər ki, bəzi körpələr danışmağı öyrənməmişdən əvvəl artıq mübaliğə, inkar, kar kimi davranma və ya əşyaları gizlətmək kimi hiyləgər üsullardan istifadə edirlər.
Bristol Universitetinin rəhbərliyi ilə aparılan tədqiqat göstərir ki, uşaqların təxminən dörddə biri 10 aylığında yalan danışma strategiyasını anlamağa başlayır, 17 aylığında isə bu rəqəm yarısına çatır. Üç yaşına qədər isə uşaqlar xeyli bacarıqlı, yaradıcı olurlar və tez-tez uydurmalara əl atırlar.
Tədqiqatda Böyük Britaniya, ABŞ, Avstraliya və Kanadadan 47 ayınadək olan 750-dən çox uşağın valideynlərindən məlumat toplanıb. Ümumilikdə 130 valideyn uşaqlarının 47 ayınadək göstərdiyi 16 fərqli yalan davranış növünü təfərrüatlı şəkildə təsvir edib. Ən erkən hal səkkiz aylıq körpədə qeydə alınıb.
"Hiyləgər vərdişlərə" tapşırıqlardan qaçmaq üçün eşitməməzlikdən gəlmək, paylaşmamaq üçün əşyaları gizlətmək, tamamilə inkar etmək və qadağan olunmuş hərəkətlərdə gizlicə iştirak etmək daxil idi. Uşaqlar ev işlərinə kömək etmək istəndikdə bəhanələr, mübaliğələr, kiçiltmələr və guya bilməməzlik və ya anlamamaqdan istifadə edirdilər. Digər taktikalar arasında hekayələr uydurmaq, baxmamalı olduqları şeyləri görməməzlikdən gəlmək, məlumat gizlətmək və detalları deməmək idi.
Daha mürəkkəb üsullara qismən həqiqəti təklif etməklə cavabları yenidən qurmaq, qəsdən qeyri-müəyyənlik yaratmaq və diqqəti yayındırmaqdan istifadə etmək daxil idi.
"İki yaşından etibarən yalan danışma adətən hərəkətlərə əsaslanır və ya yalnız sadə şifahi cavablar tələb edir, məsələn, uşağın valideyninin "Yığışmağın vaxtıdır" deməsini eşitməməzlikdən gəlməsi, əşyaları başqalarından gizlətməsi və ya inkar etməsi - məsələn, şokolad yeməsi, lakin soruşulduqda başını "yox" mənasında yelləməsi," - deyə Bristol Universitetinin pedaqogika professoru və tədqiqatın aparıcı müəllifi Elena Hoyka bildirir.
Tədqiqatçılar hesab edirlər ki, bu tədqiqat valideynlər və tərbiyəçilər üçün qiymətli məlumatlar verir, uşaqların böyüdükcə necə daha mürəkkəb yalan davranış modelləri inkişaf etdirə biləcəklərinə işıq salır.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 16 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri