Icma.az
close
up
RU
Danışmaq, gündəm yaratmaq lazımdır

Danışmaq, gündəm yaratmaq lazımdır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;


Azər Həsrət: "Xeyli sayda deputatlarımız var ki, sosial mediadan olduqca zəif istifadə edirlər, hətta çoxları ümumiyyətlə istifadə etmirlər"


“Xarici dillərdə Azərbaycan mediasının yayımlarında keyfiyyət və kəmiyyət artıb”



Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə "Əkinçi" ilə başlanan bu yol müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir. "Əkinçi"nin qoyduğu təməl prinsiplər müasir Azərbaycan mediasının ideya dayaqlarından biri olaraq qalır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan mətbuatı təkcə hüquqi və maddi-texniki baxımdan deyil, həm də institusional və ideoloji baxımdan daha da güclənib. Mətbuat sahəsində atılan hər addım medianın inkişafına, informasiya təhlükəsizliyinə və milli maraqların qorunmasına xidmət edir. Vətən müharibəsində və postmüharibə dövründə milli mətbuatın göstərdiyi birlik, vətənpərvərlik və peşəkarlıq bir daha sübut etdi ki, Azərbaycan mediası bu gün təkcə məlumat daşıyıcısı deyil, həm də milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin önəmli dayağıdır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir. Müasir, qloballaşan dünyamız Azərbaycanda bir çox sahələrdə olduğu kimi, media sahəsinin də yeniləşməsini, yeni çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması prosesinin şəffaflıqla həyata keçirilməsini diktə edir. Ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olub. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Durmadan yeniləşən dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar Azərbaycanda jurnalistika fəaliyyətinin, mövcud informasiya portallarında, innovativ platformalarda işin təşkilinin daha nizamlı olmasını zəruri edir. Bu baxımdan media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda müasir çağırışları daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Görülmüş işlər nəticəsində istər mavi ekranlarda, sosial şəbəkə platformalarında, blogerlik fəaliyyətində, istərsə də ənənəvi jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq. Dünyamız üçün ağır transformasiya dövründə ölkə mətbuatının sağlam, peşəkar, milli maraqlar çərçivəsində çıxış etməsi çox vacibdir. Bu baxımdan, müasir Azərbaycan mediası qlobal tendensiyaları nəzərə almaqla dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Qeyd edək ki, Azərbaycan mediası son üç ildə beynəlxalq informasiya məkanında öz nüfuzunu gücləndirərək tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyətlərdən biri ölkənin artıq informasiya istehsalçısı kimi çıxış etməsi, Azərbaycanla bağlı transmilli və xarici media qurumları tərəfindən istinad edilən əsas mənbəyə çevrilməsidir. Əvvəllər Azərbaycanla bağlı xəbərlər beynəlxalq mediada daha çox transmilli media qurumlarına, hətta qonşu ölkələrin - xüsusən Rusiya və Türkiyə kimi regional güclərin media orqanlarına istinadla yayımlanırdı. Lakin son üç il ərzində qlobal informasiya məkanında əsas istinad nöqtəsi məhz Azərbaycan mediası olub. Bu mühüm dəyişiklik, yerli media qurumlarının operativlik, eksklüzivlik və peşəkarlıq səviyyələrinin artması, mediaya daha konseptual baxışla izah olunur. Bütün bunlar göstərir ki, ölkədə son illərdə media siyasəti düzgün və strateji əsaslı qurulur. Əvvəllər "özümüz yazıb, özümüz oxuyurduqsa" bu gün Azərbaycan mediasına beynəlxalq müstəvidə olan maraq və istinadlar sübut edir ki, artıq informasiyanın mənşə mənbəyi rolunu oynayırıq. Eksklüziv xəbərlərin yerli media vasitəsilə yayılması, ölkə mediasının xarici informasiya qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsini verir. Həyata keçirilən media islahatları və texnoloji modernləşmə, ölkənin informasiya təhlükəsizliyini gücləndirib. Prezidentin yerli və xarici mediaya verdiyi müsahibələr, çıxışlarının müxtəlif dillərdə yayımlanması, Azərbaycanın qlobal informasiya məkanında mövqeyini möhkəmləndirib. Nəticədə, Azərbaycan mediası regional və beynəlxalq informasiya axınında etibarlı mənbə kimi tanınıb. Azərbaycan mediası ölkəmizə qarşı aparılan informasiya hücumları qarşısında sipər funksiyasını yerinə yetirib, milli maraqların müdafiəsində mübarizə aparıb. Dövlətin strateji və beynəlxalq maraqlarına yönəlmiş təxribat xarakterli təşəbbüslərə qarşı medianın apardığı mübarizə çox zaman əsas müdafiə xəttində baş verib. Xüsusilə rus və ingilis dillərində fəaliyyət göstərən xəbər portallarının keyfiyyətinin artırılması Azərbaycan mediasının beynəlxalq səviyyədə daha geniş auditoriyaya çıxışını təmin edən əsas faktorlardan birinə çevrilib. Qlobal informasiya dövriyyəsində yer almaq, yalnız yerli dildə deyil, dünya ictimaiyyətinin anladığı dillərdə məzmun istehsalını zəruri edir. Bu baxımdan, son illərdə rus, ingilis,fransız, farsdilli media resurslarının inkişaf etdirilməsi istiqamətində atılan addımlar məqsədyönlü və strateji yanaşmanın göstəricisidir. Paralel olaraq, jurnalist kadrlarının peşəkarlıq səviyyəsinin artırılması da əsas hədəflərdən biri olub. Xarici dillərdə material hazırlayan jurnalistlərin seçilməsi və onların təlimə cəlb olunması, beynəlxalq media mühitində təcrübə qazanmaları üçün yaradılan imkanlar uzunmüddətli uğurların təməlini qoyub. Bu çərçivədə, xarici ölkələrdə təlim proqramları, beynəlxalq media platformalarında iştirak və əməkdaşlıq imkanlarının genişləndirilməsi ön plana çıxır. Sosial media ilə bağlı da son illər strateji yanaşma müşahidə olunur. Bu gün demək olar ki, bütün dövlət qurumlarının sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Bu səhifələr vasitəsilə vətəndaşlarla və media ilə əlaqə qurulur, ictimai sorğulara operativ cavablar verilir. Aparıcı televiziyalar, agentliklər və xəbər portalları sosial mediada aktiv fəaliyyət göstərir. 


Media eksperti Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan mediası illər öncəki media deyil. Ekspertin sözlərinə görə, bu gün Azərbaycan mətbuatı həqiqətən də çox irəliyə çıxa bilib:

seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri