“Dar ağacı” tamaşası Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunub
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Dar ağacı” tamaşası dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim ediləcək.
Doğru.az xəbər verir ki, tamaşa Şəki Dövlət Dram Teatrı tərəfindən hazırlanıb.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə və yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, musiqisi Xalq artisti Aqşin Əlizadəyə aiddir. Mahnılar Xatirə Orucova tərəfindən bəstələnib, baletməysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamova, səhnə döyüşlərinin qurulması isə Sahib Novruzova tapşırılıb.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşid Mirizadə, Lalə Məmməd, Gülxar İmamhüseynova, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Azad Məmmədov, Arzuman Abdullayev və Cavidan Eminov ifa edəcəklər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Dekabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















