Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyidir.
Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Turkustan.Az xəbər verir ki, bu tədbirlər çərçivəsində Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri də öz çıxışları ilə iştirak ediblər.
Tədbirin yüksək səviyyədə keçirilməsində Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin direktoru Sevda Eminovanın rəhbərliyi, təşkilati işlər üzrə direktor müavini, tədbirlərin təşkilatçısı Zenfira Nusalovanın fədakarlığı, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Hilalə Nəsibova və Sona Hacıyevanın dəstəyi xüsusi önəm daşıyıb. Həmçinin, tədbirlərin təşkilində UBTR Gülnarə Hüseynova, müəllimlər Mina Əliyeva və Afaq İsmayılova, musiqi müəlliməsi Esmira Hüseynova, ədəbiyyat müəllimi Səadət Novruzova, kitabxana müdiri Tahirə Zamanova, kitabxanaçı Nigar Sarıbalayeva və informatika müəllimələri Roza Qasımova, tarix müəllimi Günay Hacıyeva iştirak edərək tədbirin uğurla keçməsini təmin ediblər. Bu kollektiv yanaşma, həm şagirdlərin istedadlarını üzə çıxarmağa, həm də məktəbin mədəni həyatını zənginləşdirməyə xidmət edib.
Tədbir zamanı şagirdlər Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər, şeirlər və musiqi çıxışları ilə iştirak ediblər. Onların ifasında səslənən sətirlər şairin vətənə, dilə və xalqa olan dərin sevgisini bir daha əks etdirib.
Bütün bu tədbirlərdə öz istedad və yaradıcılıqları ilə fərqlənən şagirdlərimiz — İbrahim Əsgərov, Elnur Arazov, Aylin Rüstəmli, Kərəm Həsənli, Vüsal Məmmədalıyev, Mina Mehdizadə, Fuad Məmmədov, Solmaz Bayramlı, Böyükağa Kazımlı, Rəsul İbadullayev, Əsmər Məmmədli, Nurcan Muradlı, Əhəd Kərimli, Zəhra Fərəcova və Zəhra Gülməmmədova — göstərdikləri yüksək səylə və incəsənətə, ədəbiyyata olan həvəsləri ilə həm müəllimlərini, həm də tədbir iştirakçılarını heyran ediblər.
Zenfira Nusalovanın rəhbərliyi ilə “Kiçik Akademiya” qısa müddətdə məktəbin mədəni həyatında mühüm yer tutub. Bu təşəbbüs həm şagirdlərin yaradıcılıq potensialını üzə çıxarır, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verir.
Beləliklə, Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin fədakar kollektivinin birgə səyi, şagirdlərin istedadının inkişaf etdirilməsi və Xalq şairimizin yubileyinin qeyd olunması baxımından böyük uğur olaraq qiymətləndirilir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Oktyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri