Darmadağından sonra Okan Buruk istefaya göndərilir?
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qalatasaray” rəhbərliyi baş məşqçi Okan Burukla bağlı mövqeyini açıqlayıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Aydın Özbək təcrübəli mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu açıqlama “Qalatasaray”ın “Trabzonspor”a 0-4 hesablı məğlubiyyətindən sonra verilib:
"Buruka olan inamımız və ona etimadımız dünən də tam idi, bu gün də belədir. Mövqeyimiz dəyişməz olaraq qalır. Son 4 ildə olduğu kimi, yolumuza Okan Burukun rəhbərliyi altında inam və qətiyyətlə davam edəcəyik.
“Trabzonspor”la oyunun nəticəsinin azarkeşlərimizi məyus etdiyini anlayırıq. Lakin birlikdə qalaraq qarşıya qoyduğumuz məqsədlərdən bir addım belə geri çəkilməyəcəyik. Bütün səylərimiz Superliqada ardıcıl 5-ci çempionluğu qazanmağa və Avropada qarşıya qoyduğumuz hədəflərə çatmağa yönəlib".
Qeyd edək ki, İstanbul təmsilçisi 6 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb.
Baxış sayı:95
Bu xəbər 21 Sentyabr 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















