Icma.az
close
up
RU
Daşınmaz əmlakla bağlı yeni qaydalar

Daşınmaz əmlakla bağlı yeni qaydalar

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri dövlət kadastrına daxil ediləcək

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər təsdiq edilib. Daşınmaz əmlakla bağlı yeni qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və daşınmaz əmlakın dövlət kadastrı sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsi hesab olunur.

Qaydalarda təsbit olunduğu kimi dövlət kadastrı Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə aparılır. Əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir. Bu o deməkdir ki, sistem vasitəsilə müvafiq dövlət orqanından əldə edilən məlumatlar əsasında əmlakın qeydiyyatı üzrə sənədləşmələrin aparılması təmin olunur.

Kadastrın aparılması qaydaları və prinsipləri faktiki olaraq əmlaka rəsmi dövlət sənədinin, yəni uçota alma ilə əmlakın çıxarış hüququnun verilməsi deməkdir. Kadastr uçotuna alma əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin kadastr sisteminə daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsi sayılır.

Daşınmaz əmlak obyektinin eyniliyini müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir, dəqiqləşdirilməsi məqsədi ilə obyektdə çöl geodeziya ölçmə işləri aparılır. İlkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq kameral işlər həyata keçirilir və kadastr uçotuna alınma barədə məlumat dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

100 mindən çox evin sənədləşməsi mümkün olub

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, son 10 il ərzində 100 mindən çox fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün olub, daha 55 mindən çox mənzil isə mülkiyyət sənədləri ilə təmin edilib. Dövlət başçısının qəbul etdiyi qərarlar və imzaladığı fərmanlar nəticəsində sənədsiz yaşayış evlərinin sayının əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub. Xatırladaq ki, Prezidentin 13 yanvar 2015-ci il tarixli fərmanına əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilib, əvvəllər qeydiyyata alınması mümkün olmayan bir sıra fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin rəsmiləşdirilməsi üçün hüquqi imkan yaradılıb. Sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif təşkilatlar və dövlət qurumları tərəfindən vətəndaşlara müəyyən sənədlər təqdim edilsə də, əvvəlki qanunvericilik həmin sənədlər əsasında ev və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imkan vermirdi. Ancaq həmin fərman bu maneəni aradan qaldıraraq həmin sənədlərə hüquqi əsas statusu verilməsini təmin etdi. Dövlət arxivlərində mövcud olan sənədlər, habelə əvvəlki inventar bürolar və digər müvafiq qurumlar tərəfindən verilmiş sənədlər nəzərə alınmaqla, əmlakın leqallaşdırılması elektronlaşdırılıb. Bu hüquqi çərçivəyə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 il əvvəl istifadəyə verilmiş e-portal daşınmaz əmlakın qeydiyyatının rəsmiləşdirilməsini təmin edən vahid sistem kimi bu istiqamətdə kadastr və qeydiyyat işlərini xeyli asanlaşdırıb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna ötən il edilmiş yeni dəyişikliklər də qeydiyyatla bağlı bir çox məsələləni həll edib, on minlərlə vətəndaşın mövcud sənədlər əsasında əmlak hüquqlarının tanınması imkanı yaradılıb.

Rəsmiləşdirilməsi mümkün hesab edilməyən əmlaklar

Həmin portalda ancaq müvafiq rəy və icazə əsasında sənədləri qaydasında olan evlərin və mənzillərin portal üzərindən rəsmiləşdirilməsi, yəni mülkiyyət hüququna dair çıxarışın (kupça) alınması mümkündür. İnsan sağlamlığı və fəaliyyətinə təhlükə törədən ərazilərdə tikilmiş evlərin kadastrı və rəsmiləşdirilməsi mümkün hesab edilmir, çünki onlar tələblərə cavab verməyən əmlak hesab edilir. Həmin evlər mühəndis-kommunikasiya xətlərinin üzərində və yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında, digər kommunikasiya qurğularının ətrafında, eləcə də dəmiryol xəttinin yaxınlığında inşa edildiyindən riskli hesab olunur. Əksəriyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən müəyyənedici aktı yoxdur.

Mətin Eynullayev hesab edir ki, sənədsiz evlər kimi qiymətləndirilən həmin yaşayış sahələri iki əsas kateqoriyaya bölünür. Birinci qrupa müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir. İkinci qrupa isə ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir. Dövlət Xidməti bu evlərin nəzərdə tutulmayan torpaq sahəsində və qanunvericiliklə tələb olunan icazələr alınmadan tikilməsini, həmçinin, tikinti norma və qaydalarının pozulmasını əsas gətirərək bu sahələri Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikinti sayır.

Məhkəmə tanısa da, Əmlak Xidməti tanımayacaq

Təhlükəli özbaşına tikililərin rəsmiləşdirilməsi hətta məhkəmə yolu ilə də mümkün hesab edilmir. Məhkəmə həmin tikiliyə müsbət rəy versə də, Əmlak Xidməti çıxarış verməyəcəyini bəyan edir: “Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vətəndaşların təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin ekspertizasını həyata keçirir və həmin sənədlər əsasında hüquqları dövlət qeydiyyatına alır. Təqdim edilən sənədlərin məzmunu, forması, imza və möhürləri qanunvericiliyin tələblərinə uyğun və həqiqi olduğu halda müraciət müsbət cavablandırılır və daşınmaz əmlak üzərində hüquq qeydiyyata alınır. Sənədlərdə çatışmazlıq olduqda, sənədlərin həqiqiliyi təsdiqlənmədikdə və ya torpaq sahəsinin zəbt edildiyi müəyyənləşdirildikdə isə qeydiyyat üçün hüquqi əsas yaranmır. Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeli strukturu hüquqmüəyyənedici sənəd olmadan sənəd vermək niyyətində deyil”.

Xidmət kənd təsərrüfatı təyinatlı, meşə və su fondu torpaqlarında və xüsusi qorunan ərazilərdə ümumiyyətlə əmlakın qeydiyyatına dair kadastr işlərinin aparılmsının qeyri-mümkünlüyünü bəyan edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə yalnız qanunvericiliyin nəzərdə tutduğu kənd təsərrüfatı məqsədli tikili və qurğular inşa edilə bilər. Belə tikintilər üçün torpaq sahəsinin ən azı 5 hektar olması tələb edilir və tikilinin əhatə etdiyi sahə ümumi torpağın 1 faizindən çox ola bilməz. Başqa sözlə, 5 hektarlıq torpaq sahəsində belə tikilinin sahəsi maksimum 500 kvadratmetr ola bilər. Fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilməsi isə qanunla qadağandır.

Bir sözlə, kollektorların və qaz xətlərinin, mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə və onların mühafizə zonalarında inşa edilən yaşayış evlərinin çıxarış almasını gözləməyə dəyməz.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri