Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi ARAŞDIRMA
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Hüceyrələrin qocalmasını araşdıran bioloq Nikola Konlon uzunömürlülüyə kömək etdiyi iddia olunan iki vərdişlə bağlı geniş yayılmış fikirlərin elmi əsaslarını şübhə altına alıb.
Bizim.Media xəbər verir ki, onun mövqeyi “The Telegraph” nəşrində dərc olunub.
Mütəxəssis ilk növbədə əsasən ət yeməyə əsaslanan və son vaxtlar populyarlaşan “yırtıcı pəhriz”in effektivliyinə şübhə ilə yanaşıb. Onun sözlərinə görə, yalnız ət məhsullarından ibarət qidalanma lif, C vitamini və digər vacib qida maddələri ilə zəngin bir çox məhsulun rasiondan çıxarılması deməkdir.
Konlon ət əsaslı pəhrizlə uzunömürlülük arasında əlaqəni təsdiqləyən kifayət qədər sübutun olmadığını bildirib. O, uzun ömür sürən əhali qruplarının, bir qayda olaraq, əsasən bitki mənşəli qidalarla bəsləndiyini vurğulayıb.
Bioloq buzlu suda çimməyin də ömrü uzatdığı fikrini təsdiqləyən yetərli sübutların olmadığını qeyd edib. Onun sözlərinə görə, soyuğun orqanizmə qısamüddətli təsiri fizioloji reaksiyalar yaradaraq bədənin dözümlülüyünü artıra bilər.
Bununla belə, Konlon insanlarla aparılan tədqiqatların nəticələrinin hələ də məhdud olduğunu bildirib. Bəzi araşdırmalar soyuq suda çimməyin stressi müəyyən qədər azalda və yuxunu yaxşılaşdıra biləcəyini göstərsə də, nəticələr birmənalı deyil.
“Bu səbəbdən hələlik buz vannasına pul xərcləməyə tələsməzdim”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl həkim-gerontoloq Valeri Novoselov yaponların uzunömürlülüyünün sirri barədə danışarkən artıq çəkinin, zərərli vərdişlərin və həddindən artıq qidalanmanın olmamasının əhəmiyyətini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Oktyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















