Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan Baş nazirləri Daşkənddə görüşüb

Azərbaycan və Özbəkistan Baş nazirləri Daşkənddə görüşüb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirilib.

Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırıldı. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd edildi. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamani imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirildi. Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutub – Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev hər biri beş səfər edib.

Qeyd edildi ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə Müttəfiqlik Münasibətləri haqqında tarixi Müqavilə imzalanıb.

Eyni zamanda Özbəkistan Prezidentinin yaxın zamanlarda ölkəmizə növbəti dəfə səfər edəcəyi vurğulanıb.

Azərbaycan və Özbəkistanın regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq, qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edilib.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirildi. Bildirildi ki, 2024-cü ildə qarşılıqlı ticarət 41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.

İyunda Azərbaycanda Hökumətlərarası birgə komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırılıb.

Ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulanıb.

Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə olunmuş razılaşmaların praktiki icrası təmin olunur.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun xətti ilə hazırda 10-dan çox perspektivli layihənin nəzərdən keçirildiyi diqqətə çatdırıldı. Bu layihələr təhsil, tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, logistika, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir.

Sənaye kooperasiyasında səmərəli qarşılıqlı fəaliyyətin nəticələri təqdir edilərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlarına dair fikir mübadiləsi aparılıb.

Bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək, Azərbaycanın Özbəkistan və Qazaxıstanla birgə Avropaya yaşıl enerji təchizatı marşrutunun yaradılmasını hədəflədiyi məmnunluqla qeyd edilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə bəhs olundu. Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasına görə Özbəkistan tərəfinə minnətdarlıq bildirildi. Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin açılışının önəmi qeyd edilib.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirildi. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18%-dən çox artdığı bildirildi. Orta dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edilib.

Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Humanitar və mədəniyyət sahələrində əlaqələrin nəticələri təqdir edildi. 2023-cü ildə Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçirilib. Ötən il isə Özbəkistanda Azərbaycanın Mədəniyyət Günləri təşkil edilib.

Regionlararası əlaqələrin əhəmiyyətinə toxunularaq iki ölkənin 10 şəhəri arasında qardaşlaşma haqqında sənədlərin imzalanması müsbət qiymətləndirilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Pambıqçılıq klasterlərinin yaradılması, sosial və kommersiya obyektlərinin inşası, tikinti materiallarının istehsalı, neft-qaz sənayesi, kənd təsərrüfatı, maliyyə sektoru, nəqliyyat-tranzit, gəmiqayırma, təhsil və bir sıra digər istiqamətlərdə perspektivli layihələr nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri