Icma.az
close
up
RU
Daşkənddə Özbəkistan Azərbaycan Gənclər Konfransı keçirildi (FOTO)

Daşkənddə Özbəkistan Azərbaycan Gənclər Konfransı keçirildi (FOTO)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbəkistan Gənclər İttifaqı və "İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirilib.

Konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, universitetin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Gənclər İttifaqının sədr müavini Qədircan Əsədov, Özbəkistan Ali Məclisi yanında Gənclər Parlamentinin sədri Otabek Sabitov, eləcə də ölkənin aparıcı alimləri və gənc liderləri iştirak edib.

Özbəkistan nümayəndə heyəti adından çıxış edənlər vurğulayıblar ki, Azərbaycan və Özbəkistanı əsrlərdən gələn tarixi dostluq və qardaşlıq bağları birləşdirir. Hazırda yalnız dövlətlər arasında deyil, eyni zamanda Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev arasında olan möhkəm dostluq və strateji tərəfdaşlıq iki ölkə gəncləri üçün də geniş imkanlar açır. Bildirilib ki, iki ölkənin gəncləri elm, innovasiya, mədəniyyət və startap layihələrində birgə təşəbbüslərlə yeni əməkdaşlıq modeli formalaşdıra bilərlər. Gənclər siyasəti və təhsil mübadilələri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, hər iki ölkənin gənclərinin milli dəyərlərin təbliği və informasiya mübarizəsində həqiqətlərin müdafiəsi istiqamətində ortaq fəaliyyəti zəruridir.

Konfransda çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, təhsil eksperti Ürfan Qədimov Azərbaycanda Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərindən, gənclərə göstərilən yüksək diqqət və qayğıdan, təhsil və innovasiya sahəsində son illərdə əldə edilən nailiyyətlərdən danışıblar. Onlar həmçinin Qarabağ zəfərinin Azərbaycan gənclərində yaratdığı milli qürur hissinin ölkənin beynəlxalq aləmdə güclənən nüfuzu ilə birgə gənclərin fəallığını daha da artırdığını diqqətə çatdırıblar.

Vurğulanıb ki, Azərbaycan və Özbəkistan gənclərinin birgə layihələri, tələbə və ekspert mübadiləsi, ortaq forumlar və startap əməkdaşlığı iki xalq arasındakı tarixi-mədəni yaxınlığı daha da möhkəmləndirəcək. Bu əməkdaşlığın iki ölkə arasında  təsir göstərəcəyi qeyd olunub.

Konfrans müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri