Icma.az
close
up
RU
Daşkəsən rayon İcra Hakimiyyətinin 250 minlik tenderi yoxa çıxıb...

Daşkəsən rayon İcra Hakimiyyətinin 250 minlik tenderi yoxa çıxıb...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Daşkəsən İcra Hakimiyyəti 2024-cü ildə bir neçə tender elan edərək, rayonda bəzi yenidənqurma və abadlıq işləri həyata keçirəcəyini elan etmişdi. Həmin tenderlərin qalibləri və ayrılacaq vəsaitlər də bəlli idi. Lakin məlum olub ki, bağlanılmış müqavilələrə əsasən Daşkəsəndə qeyd edilən işlərin heç bir görülməyib.

Belə ki, “Nur General Suppler” MMC ilə mal və materialların alınması üçün dekabrın 11-də 17.783 manatlıq satınalma müqaviləsi imzalanıb. 

Bundan əvvəl isə, yəni ötən ilin noyabrında “Star Təmir Construction” MMC ilə Daşkəsən şəhərində mənzil fonunun əsaslı təmiri məqaəsdi ilə razılaşma əldə olunub. Bunun üçün 43.478 manatlıq müqavilə də imzalanıb.

Həmin şirkətlə ötən ilin dekabrında Daşkəsəndə yolların əsaslı təmiri üçün də iki müqavilə bağlanılıb. Birinci tender üzrə şirkətə 85 min 819 manat, ikinci tender üzər isə 74.589 manat pul ayrılıb.

Maraqlıdır ki, parallel olaraq Daşkəsən İcra Hakimiyyətə “Rəz” MMC ilə də mal və materialların alınmasına dair anlaşıb. 22 min 836 manatlıq satınalma müqaviləsi  bağlanılıb.

İcra Hakimiyyəti bu ilin aprelin əvvəlində Daşkəsəndə abadlıq işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tenderə yekun vurub. “Az-Arxitektura” MMC-yə bu məqsədlə 7 min  823 manat pul ayrılıb.

İşin qəribə tərəfi odur ki, Daşkəsən İcra Hakimiyyəti ötən il görülməli olan işlərin heç birini reallaşdırmayıb. Bu azmış kimi, ötən ilə aid olan işlər üçün layihə-smeta sənədlərini bu il hazırlatdırıb.

Xatırladaq ki, Daşkəsənin icra başçısı Orxan İrşad oğlu Abbasovdur. O, bu vəzifəyə 15 iyul 2024-cü ilə təyin edilib.  

Daşkəsən rayon "Merinin" atası İrşad Abbasov Göyçay Dövlət  İdarəetmə və Texnologiya  Kollecinin  sabiq Direktoru olubdur. Merin korrupsiyaner atası İrşad Abbasov, Kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti 23 May 2024 cü ildə yaydığı məlumatına əsasən qeyd edirik ki, Kollecin Sabiq Direktoru İrşad Abbasovun əməllərində korrupsiya faktı müəyyən edilərək, külli miqdarda yəni ki, 88 min manat maliyyə pozuntusu sübut olunaraq, sübutlar və faktlar Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərilmişdir. 

Nəzərinizə çatdırırıq ki, qulluq mövqeyindən istifadə edən Kollecin sabiq Direktoru İrşad Abbasov, Azərbaycan Milli İstiqlal partiyasının sədri Etibar Məmmədovun, Gəncə Şəhər şöbəsinin partiya yaranan bir gündən 2008 ci il tarixinə kimi sədri olub. Belə bir şəxsin Kollec direktoru təyin olunmasıda sual altındadır.

Sözügedən "MER" atası  İrşad Abbasov, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına qarşı kölgə salıbdır.  Hətta 1998 ci ildə Prezident seçkiləri  zamanı Gəncə Şəhərindən Milli İstiqlal Prtiyasının sədri Ehtibar Məmmədovun qurultaylarına, Mitinqlərə vətəndaşları aparan şəxs olubdur.

Bu günlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Orxan Abbasovun 250 min manat maliyyənin hansı istiqamətdə xərclənməsi gündəmin marağını doğruldubdur.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri