Daşkəsən rayonunda 8 Noyabr Zəfər Günü möhtəşəm bayram konserti ilə qeyd edilib FOTOLAR
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin dördüncü ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli bayram əhvali-ruhiyyəsində iştirak edib.
Gununsesi.info xəbər verir ki, Əvvəlcə şəhid ailələri və müharibə veteranları ilə birgə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhid məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri və kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və “Əsgərə məktub” aksiyası bayram tədbirinə əlavə rəng qatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Digər çıxış edənlər – YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid anaları Sevda Şıxıyeva, Qızbəs Abbasova, Aybəniz Abdullayeva, Qönçə Cəfərova, Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Orxan Babayev qeyd ediblər ki, bu möhtəşəm Zəfərin əsas müəllifi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.
Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda atəşfəşanlıq olub.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 08 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















