Icma.az
close
up
RU
Türkmənistanda 8 Noyabr Zəfər Günü qeyd edilib

Türkmənistanda 8 Noyabr Zəfər Günü qeyd edilib

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib.

Səfir ölkəmizin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini, hazırda Azərbaycanın bütün suveren ərazisində dövlət bayrağımızın dalğalandığını vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, ərazilərə həyata keçirilən böyük qayıdış, habelə bugündə təhdid olaraq davam edən mina təhlükəsinə toxunub. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini, hazırda sazişin əsas maddələrinin razılaşdırıldığını diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davam etdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini deyib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir, Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər görüldüyünü, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və bu çərçivədə 12-13 noyabr 2024-cü ildə baş tutacaq Liderlər Sammitinin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutu olduğunu vurğulayıb.

Daha sonra, Türkiyə, Qazaxıstan, Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də Özbəkistanın müvəqqəti işlər vəkili çıxış edərək, Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının Azərbaycan xalqı üçün ədalətin bərpası və tarixi nailiyyət ifadə etdiyini, eyni zamanda bunun türk dünyası üçün ilham qaynağı olduğunu qeyd ediblər.

Tədbirdə həmçinin, Türkmənistanda yaşayan azərbaycanlılar, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri