Icma.az
close
up
RU
Davam etmir 907...

Davam etmir 907...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1992-ci ildən bəri ABŞ-Azərbaycan münasibətlərində daim gərginlik yaradan 907-ci düzəliş artıq tarixə çevrilmək üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, 8 avqust 2025-ci ildə, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində “Freedom Support Act” qanununun 907-ci maddəsinin tətbiqini tam dayandıran sənədi imzalayacaq.

Bəs bu sənəd nəyə xidmət edirdi?

1992-ci ildə ABŞ Konqresi “Freedom Support Act” — yəni “Azadlığı Müdafiə Aktı”nı qəbul etdi.

Bu qanun, keçmiş SSRİ respublikalarına demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin həmin aktın 907-ci düzəlişi Azərbaycanın adını siyahıdan çıxardı. Səbəb kimi o zaman Konqresdə güclü təsirə malik erməni lobbi qruplarının iddiaları göstərilirdi.

Guya Azərbaycan Ermənistanı və Qarabağı “blokadaya” alıb.

907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdı.

Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum oldu.

Bu məhdudiyyət yalnız 2001-ci il 11 sentyabr terror hücumlarından sonra qismən yumşaldıldı. 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentlərinə hər il düzəlişi müvəqqəti dayandırmaq səlahiyyəti verildi. Corc Buş, Barak Obama, Donald Tramp və Co Bayden bu maddəni hər il dondursa da, qanun formal olaraq qüvvədə qalıb və istənilən vaxt yenidən tətbiq edilə biləcək “təzyiq kartı” kimi mövcudluğunu qoruyub.

Bəs bu aktın ləğvi niyə vacibdir?

907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir:

Sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək

ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında.

Təhlükəsizlik əməkdaşlığı dərinləşəcək

Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər.

ABŞ-nin regiondakı siyasi imici güclənəcək

Qanunun ləğvi Vaşinqtonun Cənubi Qafqazda balanslı siyasət yürütmək niyyətinin göstəricisi olar. İkili standartlar dönəmi başa çata bilər.

Elmi və sosial layihələr üçün imkanlar artacaq 

Təhsil, səhiyyə və vətəndaş cəmiyyəti sahələrində ABŞ fondlarının dəstəyi daha geniş və maneəsiz şəkildə Azərbaycana gələr.

30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayıb. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilib.

Bir sözlə, onun ləğvi Azərbaycanın 1990-cı illərdə beynəlxalq aləmdə üzləşdiyi haqsızlıq kimi qəbul etdiyi bir məhdudiyyətin, siyasi “repressiya”nın sonu deməkdir. Yəni, davam etmir 907...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Avqust 2025 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri