Icma.az
close
up
RU
“907” ləğv edilməlidir Prezident

“907” ləğv edilməlidir Prezident

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“1992-ci ildə ABŞ Konqresi Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış dövlətlərə maliyyə yardımı göstərmək məqsədilə “Azadlığa Dəstək Aktı”nı (Freedom Support Act) qəbul etmişdi. Həmin qanuna 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən əlavə edildi. Yeri gəlmişkən, Prezident Bayden də o vaxt senator idi və həmin senatorlardan biri idi. Yəqin ki, Bayden administrasiyası ilə münasibətlərimizdə yaşadığımız çətinliklərin səbəblərindən biri də məhz bu idi. Dördpendirli pizza

Bu düzəliş Azərbaycanın ABŞ-nin maliyyə yardımından yararlanmasına mane olurdu. Səbəb kimi isə Azərbaycanın guya Ermənistana blokada tətbiq etdiyi göstərilirdi. Əvvəla, bu doğru deyildi. Azərbaycan Ermənistanı blokadaya almamışdı. Əksinə, Ermənistan bizim torpaqlarımızı işğal etmişdi və həmin işğal olunmuş ərazilər Ermənistanla Azərbaycan arasında yerləşirdi. Əgər işğal olmasaydı, sözdə blokada məsələsi də gündəmə gəlməzdi.

İkincisi, bu qərar həmin dövrdə bizim üçün çox ağrılı idi. Çünki ölkə çox ağır iqtisadi vəziyyətdə idi və keçmiş SSRİ respublikaları arasında ABŞ Konqresi tərəfindən ayrı-seçkiliyə məruz qalan yeganə dövlət Azərbaycan idi. Bu gün isə həmin düzəliş tamamilə köhnəlib və aktuallığını itirib.

Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişi paraflayıblar.

İkincisi, Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb. Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif yük Azərbaycan ərazisindən daşınıb.

Bundan əlavə, Azərbaycan özü də Ermənistana neft məhsulları ixrac etməyə başlayıb. Səhv etmirəmsə, bu günədək 10 mindən çox ton neft məhsulu tədarük olunub. Xüsusilə də bir çox ölkələrin yanacaq çatışmazlığı ilə üzləşdiyi indiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır. Əgər bu olmasaydı, yəqin ki, Ermənistan bu gün benzin və dizeli dünyanın müxtəlif yerlərində axtarmağa məcbur qalardı”, - dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, bu faktlar bir daha göstərir ki, 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir: “Təəssüf ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, Konqres bunu hələ etməyib. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə keçirdiyimiz görüş zamanı Prezident Tramp mənim iştirakımla bu düzəlişin tətbiqini bir il müddətinə dayandıran sənədi imzaladı.

Hazırda düzəliş praktik baxımdan tətbiq olunmur. Lakin onun simvolik və siyasi mənası hələ də qalır. Mən hesab edirəm ki, Konqres bu düzəlişi nə qədər tez tam ləğv etsə, həm Azərbaycan, həm də ABŞ Konqresi üçün bir o qədər yaxşı olar. Bu, Azərbaycanın artıq ayrı-seçkiliyə məruz qalmayacağını, Konqresin isə məsuliyyət nümayiş etdirərək, keçmiş səhvlərini etiraf etdiyini və mövcud geosiyasi reallıqlara uyğun hərəkət etdiyini göstərəcək. Ümid edirik ki, bu baş verəcək.

Bununla belə, deyə bilərəm ki, hazırkı administrasiya dövründə 907-ci düzəliş artıq Azərbaycana heç bir mənfi təsir göstərmir. Deyərdim ki, Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır. Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə tarixi görüşüm, bu ilin yanvarında Davosda keçirdiyimiz görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər hadisələr münasibətlərimizin tarixdə görünməmiş səviyyəyə yüksəldiyini göstərir.

Hazırda biz Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının icrası istiqamətində fəal işləyirik.

Bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində çox fəal fəaliyyət göstərirlər”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ Azərbaycana silah satışına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb: “Bundan dərhal sonra Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də eyni addımı atdılar. Düşünürəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin ruhunu, mahiyyətini və gələcək potensialını çox aydın şəkildə nümayiş etdirir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri