Icma.az
close
up
RU
Davamlı və etibarlı yeni HONOR X9c smartfonu Xəbər saytı Son xəbərlər və Hadisələr

Davamlı və etibarlı yeni HONOR X9c smartfonu Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

HONOR şirkəti Azərbaycanda yeni HONOR X9c modelinin satışına start verib. Dünyaca məşhur istehsalçı, onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon, sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək. Belə ki, bu xüsusiyyətlərdən: tutumlu batareya, sürətli şarj, göz oxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.

Həmçinin, nazik profili (smartfonun korpus qalınlığı 8 mm-dən azdır), demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.

Rənglərə gəlincə isə, HONOR X9c Azərbaycan bazarında üç variantda təqdim olunub: qara titan, jade mavisi və titan bənövşəyi rənglər. Birinci çalar, təbii ki, klassik rənglər sırasında yer alır və eyni zamanda, bu rəng dolğun zadəgan tutqunluğu və məxməri teksturanı özündə birləşdirərək üzərində barmaq izi qoymur.

Bənövşəyi model incə kirşan təəssüratı oyadır və daha çox zərifliyə üstünlük verən istifadəçilərin zövqünü oxşayaraq, son dərəcə uğurlu və narın rəng olaraq sayıla bilər.

Jade mavisi korpuslu modelin arxa tərəfi həm mərmər, həm də şaxtalı şüşə dizaynını xatırladan naxışlarla bəzədilib. Belə ki, sözü gedən çalarda təqdim edilmiş korpus həm, öz dizaynı ilə seçilir, həm də digər rənglərdə olduğu kimi, çirklənməyə və barmaq izlərinə qarşı praktikdir.

İlk baxışdan HONOR X9c öz qiymət kateqoriyasından üstün bir smartfon təəssüratı yaradır, cihazla daha yaxından tanış olandan sonra isə heçdə premium smartfonlardan dala qalmadığı təsdiqin tapır. İstehsalçı əlavə incəlik bəxş edən axarı kənarlar, zövqlü rəng seçimi və kamera blokunun maraqlı şəkildə təqdim edilməsi sayəsində belə bir görüntüyə nail olmuşdur.

Olduqca böyük ekrana sahib olmasına baxmayaraq, HONOR X9c-nin çəkisi sadəcə 189 q təşkil edir.

Smartfon diaqonalı 6,8" AMOLED displey ilə təchiz olunub. Ölçüsü 2700x1224 piksel olan bu ekran, 120 Hz yenilənmə sürətilə işləyərək, DCI-P3 rəng çalarında milyardlarla rəngi tam dəqiqliyi ilə nümayiş etdirir.

Qeyd edək ki, burada pik parlaqlıq 4000 nit təşkil edir və bu o deməkdir ki, hətta parlaq yay günəşi şüaları altında belə təsvirin dəqiq və aydın olacağına əmin ola bilərsiniz. Həmçinin, displey 3840Hz tezlikli geniş-impulslu modulyasiya parıltısı daxil olmaqla bir çox xüsusi görmə mühafizə texnologiyasını özündə birləşdirir.

HONOR X9c üstünlükləri bununla bitmir, smartfon həm də davamlılığı ilə fərqlənir. Belə ki, amortizasiya qəlbləri üzərində yığılan daxili komponentlər və gücləndirilmiş korpus sayəsində, zərbə zamanı cihazın qorunması təmin olunur. Nəticədə, smartfon hətta 2 metrə qədər hündürlükdən düşərsə belə funksionallığını qoruyub saxlaya bilir.

Displey və kamera bloku üzərində istifadə edilən gücləndirilmiş şüşə isə, smartfonun davamlılığını artırır. HONOR bildirir ki, sözü gedən material poladdan daha sərtdir, və onun köməyi ilə smartfonunuz sadəcə düşmələrdən deyil, həm də cızıqlardan qorunur.

Həmçinin HONOR X9c IP65M standartına uyğun istehsal edilib. Üç qatlı mühafizə sistemi sayəsində yüksək suya davamlılıq təmin edilir ki, buda öz növbəsində sizə hətta yaş əllərlə və ya yağış altında sensorlu displeylə işləmək imkanı yaradır.

Əvvəllər yalnız flaqman modellərində istifadə olunan silikon-karbon batareya indi daha uyğun qiymət seqmentində də tətbiq edilərək, HONOR X9c-də istifadə edilib. Qeyd edək ki, smartfonun batareyası 6600 mAh tutumludur. Batareyanın bir dolumu təxminən bir gün onlayn video izləməyə və ya iki gün ərzində musiqiyə qulaq asmaq üçün kifayət edir.

Orta statistik istifadə şəraitində isə HONOR X9c-nin əlavə yükləməməsiz işləmə müddəti, təxminən iki-üç gün təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfon sürətli yükləməni dəstəkləyir və komplektə 66 Vt gücündə müvafiq yükləmə cihazı daxildir.

HONOR X9c zamanla sınaqdan keçirilmiş Qualcomm Snapdragon 6 Gen 1 prosessoru üzərindən işləyir. Bu prosessor səkkiz nüvəyə malik olub, Adreno A710 qrafikası ilə təchiz edilmişdir. Onun ümumi performansı hətta tələbkar oyunlar üçün belə kifayət edəcək qədərdir.

Smartfon iki versiyada mövcuddur: 8 və 12 GB RAM. Hər iki versiyanın ümumi yaddaş tutumu 256 GB-dır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, cihaz OTG və NFC-ni dəstəkləyir, barmaq izi skaneri isə ekranın altında yerləşdirilib. Kamera blokuna nəzər salsaq, burada əsas kamera 108 MP təsvir ölçüsünə və böyük sensora malikdir. Optik sabitləşmə, süni intellektdən istifadə edərək hərəkətli obyektlərin qeydə alınması və gecə şəraitində foto şəkillərin çəkilməsi, kimi üstün xüsusiyyətlərə malik kamera bloku, həmçinin, 5 MP ultra geniş bucaqlı sensoru da istifadəçilərə təqdim edir.

Qiymətlərlə gəldikdə isə, smartfonun 8 GB RAM versiyası - 749,99 AZN, 12 GB-lıq isə 849,99 AZN-ə təqdim olunur. Yeni HONOR X9c modelini İrshad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, Smart Electronics, Digital Home və Barkod mağazalar şəbəkəsindən əldə etmək olar.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri