Icma.az
close
up
RU
Davamlı və etibarlı yeni “HONOR X9c” smartfonu Video

Davamlı və etibarlı yeni “HONOR X9c” smartfonu Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

HONOR şirkəti Azərbaycanda yeni “HONOR X9c” modelinin satışına start verib.

Dünyaca məşhur istehsalçı, onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon, sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək.

Belə ki, bu xüsusiyyətlərdən: tutumlu batareya, sürətli şarj, göz oxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.

Həmçinin, nazik profili (smartfonun korpus qalınlığı 8 mm-dən azdır), demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.

Rənglərə gəlincə isə, “HONOR X9c” Azərbaycan bazarında üç variantda təqdim olunub: qara titan, jade mavisi və titan bənövşəyi rənglər. Birinci çalar, təbii ki, klassik rənglər sırasında yer alır və eyni zamanda, bu rəng dolğun zadəgan tutqunluğu və məxməri teksturanı özündə birləşdirərək üzərində barmaq izi qoymur.

Bənövşəyi model incə kirşan təəssüratı oyadır və daha çox zərifliyə üstünlük verən istifadəçilərin zövqünü oxşayaraq, son dərəcə uğurlu və narın rəng olaraq sayıla bilər.

Jade mavisi korpuslu modelin arxa tərəfi həm mərmər, həm də şaxtalı şüşə dizaynını xatırladan naxışlarla bəzədilib. Belə ki, sözü gedən çalarda təqdim edilmiş korpus həm, öz dizaynı ilə seçilir, həm də digər rənglərdə olduğu kimi, çirklənməyə və barmaq izlərinə qarşı praktikdir.

İlk baxışdan “HONOR X9c” öz qiymət kateqoriyasından üstün bir smartfon təəssüratı yaradır, cihazla daha yaxından tanış olandan sonra isə heçdə premium smartfonlardan dala qalmadığı təsdiqin tapır. İstehsalçı əlavə incəlik bəxş edən axarı kənarlar, zövqlü rəng seçimi və kamera blokunun maraqlı şəkildə təqdim edilməsi sayəsində belə bir görüntüyə nail olmuşdur. 

Olduqca böyük ekrana sahib olmasına baxmayaraq, “HONOR X9c”nin çəkisi sadəcə 189 q təşkil edir.

Smartfon diaqonalı “6,8 AMOLED” displey ilə təchiz olunub. Ölçüsü 2700x1224 piksel olan bu ekran, 120 Hz yenilənmə sürətilə işləyərək,  DCI-P3 rəng çalarında milyardlarla rəngi tam dəqiqliyi ilə nümayiş etdirir.

Qeyd edək ki, burada pik parlaqlıq 4000 nit təşkil edir və bu o deməkdir ki, hətta parlaq yay günəşi şüaları altında belə təsvirin dəqiq və aydın olacağına əmin ola bilərsiniz. Həmçinin, displey 3840Hz tezlikli geniş-impulslu modulyasiya parıltısı daxil olmaqla bir çox xüsusi görmə mühafizə texnologiyasını özündə birləşdirir.

“HONOR X9c” üstünlükləri bununla bitmir, smartfon həm də davamlılığı ilə fərqlənir. Belə ki, amortizasiya qəlbləri üzərində yığılan daxili komponentlər və gücləndirilmiş korpus sayəsində, zərbə zamanı cihazın qorunması təmin olunur. Nəticədə, smartfon hətta 2 metrə qədər hündürlükdən düşərsə belə funksionallığını qoruyub saxlaya bilir.

Displey və kamera bloku üzərində istifadə edilən gücləndirilmiş şüşə isə, smartfonun davamlılığını artırır. “HONOR” bildirir ki, sözügedən material poladdan daha sərtdir, və onun köməyi ilə smartfonunuz sadəcə düşmələrdən deyil, həm də cızıqlardan qorunur.

Həmçinin “HONOR X9c” “IP65M” standartına uyğun istehsal edilib. Üç qatlı mühafizə sistemi sayəsində yüksək suya davamlılıq təmin edilir ki, buda öz növbəsində sizə hətta yaş əllərlə və ya yağış altında sensorlu displeylə işləmək imkanı yaradır.

Əvvəllər yalnız flaqman modellərində istifadə olunan silikon-karbon batareya indi daha uyğun qiymət seqmentində də tətbiq edilərək, “HONOR X9c”də istifadə edilib. Qeyd edək ki, smartfonun batareyası 6600 mAh tutumludur. Batareyanın bir dolumu təxminən bir gün onlayn video izləməyə və ya iki gün ərzində musiqiyə qulaq asmaq üçün kifayət edir.

Orta statistik istifadə şəraitində isə “HONOR X9c”nin əlavə yükləməməsiz işləmə müddəti, təxminən iki-üç gün təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfon sürətli yükləməni dəstəkləyir və komplektə 66 Vt gücündə müvafiq yükləmə cihazı daxildir.

“HONOR X9c” zamanla sınaqdan keçirilmiş “Qualcomm Snapdragon 6 Gen 1” prosessoru üzərindən işləyir. Bu prosessor səkkiz nüvəyə malik olub, “Adreno A710” qrafikası ilə təchiz edilmişdir. Onun ümumi performansı hətta tələbkar oyunlar üçün belə kifayət edəcək qədərdir.

Smartfon iki versiyada mövcuddur: 8 və 12 GB RAM. Hər iki versiyanın ümumi yaddaş tutumu 256 GB-dır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, cihaz OTG və NFC-ni dəstəkləyir, barmaq izi skaneri isə ekranın altında yerləşdirilib. Kamera blokuna nəzər salsaq, burada əsas kamera 108 MP təsvir ölçüsünə və böyük sensora malikdir. Optik sabitləşmə, süni intellektdən istifadə edərək hərəkətli obyektlərin qeydə alınması və gecə şəraitində foto şəkillərin çəkilməsi, kimi üstün xüsusiyyətlərə malik kamera bloku, həmçinin, 5 MP ultra geniş bucaqlı sensoru da istifadəçilərə təqdim edir.

Qiymətlərlə gəldikdə isə, smartfonun 8 GB RAM versiyası - 749,99 AZN, 12 GB-lıq isə 849,99 AZN-ə təqdim olunur. Yeni “HONOR X9c” modelini “İrshad”, “Kontakt Home”, “Soliton”, “Elit Optimal”, “MG Store”, “Umico”, “Smart Electronics”, “Digital Home” və “Barkod” mağazalar şəbəkəsindən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri