David Tsiklauri: “Bizdən Biznesə” finalçıları ölkənin ən seçilmiş startapları sırasındadır
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Bizdən Biznesə” müsabiqəsinin finalçıları ölkənin ən seçilmiş startapları sırasındadır.
“APA-Economics” xəbər verir ki, AccessBank QSC-nin İdarə Heyətinin sədri David Tsiklauri “Bizdən Biznesə” startap müsabiqəsinin bağlanış tədbirində çıxışı zamanı layihənin artıq ikinci ildir keçirildiyini və proqramın əhatə dairəsinin genişləndiyini bildirib.
Onun sözlərinə görə, müsabiqəyə bu il təxminən 500 müraciət daxil olub və onlardan yalnız 10 layihə final mərhələsinə seçilib. Tsiklauri qeyd edib ki, bu seçim mexanizmi finalçıların ölkə üzrə ən seçilmiş startaplar sırasında yer aldığını göstərir.
David Tsiklauri bildirib ki, Visa International-ın dəstəyi proqramın daha da güclənməsinə, o cümlədən mükafat fondunun artırılmasına imkan verib. O əlavə edib ki, AccessBank artıq 20 ildən çoxdur Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyir və biznesin ilkin mərhələsində yaranan çətinlikləri yaxşı anlayır. “Bizdən Biznesə” proqramının da məqsədi startapların qarşılaşdığı maneələri qismən azaltmaqdır.
O vurğulayıb ki, proqram növbəti illərdə də davamlı şəkildə keçiriləcək və hər il təqdim olunan layihələrin keyfiyyəti yüksəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 24 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















