Icma.az
close
up
RU
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür

AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20.10.2025. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının fəal dəstəkçisi olan AccessBank, növbəti dəfə "Bizdən Biznesə” startap müsabiqəsinə start verdiyini elan edir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıqda və rəqəmsal ödənişlər sahəsində qlobal lider Visa-nın dəstəyi ilə həyata keçirilir.

Artıq ikinci dəfə keçiriləcək layihənin əsas məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara həm maliyyə, həm də mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. "Bizdən Biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar qapısı açır.

Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, Visa tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaq.

Qeyd edək ki, ötən il baş tutan "Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

15 oktyabr–15 noyabr 2025 – Müraciətlərin qəbulu üçün son tarix

17–23 noyabr 2025 – Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihəsinin seçilməsi

24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi

2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq

22 dekabr 2025 – Qaliblərin mükafatlandırılma mərasimi

Daha ətraflı məlumat almaq üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/

AccessBank innovativ ideyaların gerçəkləşməsinə və yeni bizneslərin yaranmasına dəstək missiyasını davam etdirir, gələcəyin sahibkarlarını bu təşəbbüsün bir parçası olmağa dəvət edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Oktyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri