Icma.az
close
up
RU
“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb AZƏRTAC

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

Startaplara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “AccessBank” QSC tərəfindən həyata keçirilən “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oktyabr ayında elan olunmuş müsabiqəyə startaplar və sahibkarlar tərəfindən bir ay ərzində 500-dən çox müraciət daxil olub. Münsiflər heyəti tərəfindən təqdim olunmuş layihələr arasından innovativ, kreativ, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 3 layihə qalib olaraq seçilib.

I yerin sahibi “Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirilərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev, III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy olub.

“Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri ölkəmizdə startap ekosistemi, yeni biznes ideyaların və innovativ layihələrin reallaşdırılmasına dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də bu sahədə dövlət-özəl əməkdaşlığı, özəl sektorun startaplara dəstəyi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, belə layihələr innovativ həllərin yaranmasına, startap layihələrinin inkişafına və yeni ideyaların biznesə çevrilməsinə öz töhfəsini verir.

Sonra biznes planın həyata keçirilməsi üçün “AccessBank” tərəfindən I yerin sahibinə 25 min manat, II yerin qalibinə 20 min manat və III yerin sahibinə isə 15 min manat həcmində mükafat təqdim edilib.

Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə biləcəklər. Bundan başqa, qaliblər bir il ərzində “AccessBank” vasitəsilə ölkə daxilində aparılan bütün bank əməliyyatları üzrə komissiya ödənişlərindən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri