Icma.az
close
up
RU
Davit Tsiklauri: AccessBank əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır

Davit Tsiklauri: AccessBank əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın bank sektoru sürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlif maliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100% xarici səhmdarlara malik olan yeganə bank – Accessbank, hazırda müştərilərə bir neçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı “Əlverişli əmanət” məhsuludur. Burada müştəri əmanət faizindən gəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur.

“APA-Economics” AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri ilə müsahibəni təqdim edir:

-AccessBank müştərilərinə hansı depozit məhsullarını təklif edir?

-Hazırda AccessBank müştərilərinə üç depozit məhsulu təklif edir: Müddətli depozit, myGoal depoziti və Əlçatan depozit. Hər birinin özünəməxsus xüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.

Müddətli depozit müəyyən müddətə əmanət yerləşdirib maksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.

myGoal (məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir. Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.

Əlverişli depozit vəsaitlərinin istənilən vaxt əlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Vəsaitlərin rahat şərtlərlə idarəedilməsi imkanı ilə bu depozit məhsulu ehtiyat fondu kimi istifadə oluna bilər. Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.

Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həm də artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isə müştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdi yanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə köməklik etməyə hazırıq.

- Hələ də öz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarla müraciət edərdiniz?

-Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var! Banklar yalnız vəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsi üçün bir imkandır. Pulları evdə saxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı maliyyə həlləri ilə artırmaq mümkündür.

Banklara etibar etməyin üstünlükləri var: vəsaitlərin qorunması və sığortalanması - çünki əmanətlərin böyük əksəriyyəti dövlət tərəfindən sığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanət yerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasir texnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etmək mümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdan daha sərfəlidir.

- AccessBank müştərilərinin əmanətlərini necə qoruyur?

-Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritet vəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə əsaslanırıq. «Əmanətlərin Sığortalanması» haqqında qanuna əsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalanan əmanətlər üzrə kompensasiya 100.000 manat təşkil edir. Manatla olan əmanətlər üçün sığorta faizi 12%, xarici valyutada olan əmanətlər üçün isə 2,5%-dir. Bu da o deməkdir ki, qanunda nəzərdə tutulan tələblərə uyğun olan vəsaitlər tam sığortalanır və itki riski istisna olunur.

Bundan əlavə, AccessBank ehtiyatların idarəedilməsində müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinə xüsusi diqqət yetirir ki, müştərilər qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraq izlənilir və Mərkəzi Bankının tələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyə sabitliyini artırır.

Biz qanunvericiliyə və beynəlxalq standartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanların bütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını və etibarlılığını təmin edirik. Maliyyə göstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belə dayanıqlılığımızı qorumağa kömək edir.

- Depozit faizlərini yenidən nəzərdən keçirməyi planlaşdırırsınızmı?

-Depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləri diqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək. AccessBank hər zaman rəqabətədavamlı olmağa çalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.

Ətraflı müsahibə üçün təşəkkür edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri