Icma.az
close
up
RU
® Davit Tsiklauri: “AccessBank” həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır AZƏRTAC

® Davit Tsiklauri: “AccessBank” həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın bank sektoru sürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlif maliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100 faiz xarici səhmdarlara malik olan yeganə bank – “Accessbank” hazırda müştərilərə bir neçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı “Əlverişli əmanət” məhsuludur. Burada müştəri əmanət faizindən gəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur.

“AccessBank”ın depozit məhsulları barədə bankın İdarə Heyətinin sədri Davit Tsiklauri danışıb.

- “AccessBank” müştərilərinə hansı depozit məhsullarını təklif edir?

- Hazırda “AccessBank” müştərilərinə üç depozit məhsulu təklif edir: Müddətli depozit, “myGoal”depoziti və Əlverişli depozit. Hər birinin özünəməxsus xüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.

∙ Müddətli depozit müəyyən müddətə əmanət yerləşdirib maksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12 faizə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.

∙ “myGoal” (məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir. Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.

∙ Əlverişli depozit vəsaitlərinin istənilən vaxt əlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Vəsaitlərin rahat şərtlərlə idarəedilməsi imkanı ilə bu depozit məhsulu ehtiyat fondu kimi istifadə oluna bilər. Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.

Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həm də artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isə müştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdi yanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə kömək etməyə hazırıq.

- Hələ də öz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarla müraciət edərdiniz?

- Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var. Banklar yalnız vəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsi üçün bir imkandır. Pulları evdə saxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı maliyyə həlləri ilə artırmaq mümkündür. Banklara etibar etməyin üstünlükləri var: Vəsaitlərin qorunması və sığortalanması - çünki əmanətlərin böyük əksəriyyəti dövlət tərəfindən sığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanət yerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasir texnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etmək mümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdan daha sərfəlidir.

- “AccessBank” müştərilərinin əmanətlərini necə qoruyur?

- Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritet vəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə əsaslanırıq. “Əmanətlərin Sığortalanması” haqqında qanuna əsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalanan əmanətlər üzrə kompensasiya 100 min manat təşkil edir. Manatla olan əmanətlər üçün sığorta faizi 12 faiz, xarici valyutada olan əmanətlər üçün isə 2,5 faizdir. Bu da o deməkdir ki, qanunda nəzərdə tutulan tələblərə uyğun olan vəsaitlər tam sığortalanır və itki riski istisna olunur.

Bundan əlavə, “AccessBank” ehtiyatların idarəedilməsində müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinə xüsusi diqqət yetirir ki, müştərilər qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraq izlənilir və Mərkəzi Bankın tələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyə sabitliyini artırır.

Biz qanunvericiliyə və beynəlxalq standartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanların bütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını və etibarlılığını təmin edirik. Maliyyə göstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belə dayanıqlılığımızı qorumağa kömək edir.

- Depozit faizlərini yenidən nəzərdən keçirməyi planlaşdırırsınızmı?

- Depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləri diqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək. “AccessBank” hər zaman rəqabətədavamlı olmağa çalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.

Ətraflı müsahibə üçün təşəkkür edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri