Icma.az
close
up
RU
Davit Tsiklauri: AccessBank həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır

Davit Tsiklauri: AccessBank həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın bank sektoru sürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlif maliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100% xarici səhmdarlara malik olan yeganə bank – Accessbank, hazırda müştərilərə bir neçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı "Əlverişli əmanət” məhsuludur.  Burada müştəri əmanət faizindən gəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur.  

AccessBank-ın depozit məhsulları barədə bankın İdarə Heyətinin Sədri Davit Tsiklauri danışıb. 

- AccessBank müştərilərinə hansı depozit məhsullarını təklif edir?

- Hazırda AccessBank müştərilərinə üç depozit məhsulu təklif edir: Müddətli depozit, myGoal depoziti və Əlçatan depozit. Hər birinin özünəməxsus xüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.

Müddətli depozit müəyyən müddətə əmanət yerləşdirib maksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.

myGoal (məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir.  Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.

Əlverişli depozit vəsaitlərinin istənilən vaxt əlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Vəsaitlərin rahat şərtlərlə idarəedilməsi imkanı ilə bu depozit məhsulu ehtiyat fondu kimi istifadə oluna bilər.  Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.

Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həm də artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isə müştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdi yanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə köməklik etməyə hazırıq.

- Hələ də öz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarla müraciət edərdiniz?

- Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var! Banklar yalnız vəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsi üçün bir imkandır. Pulları evdə saxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı  maliyyə həlləri ilə artırmaq mümkündür.

Banklara etibar etməyin üstünlükləri var: vəsaitlərin qorunması və sığortalanması - çünki əmanətlərin böyük əksəriyyəti dövlət tərəfindən sığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanət yerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasir texnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etmək mümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdan daha sərfəlidir.

- AccessBank müştərilərinin əmanətlərini necə qoruyur?

- Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritet vəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə əsaslanırıq. «Əmanətlərin Sığortalanması» haqqında qanuna əsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalanan əmanətlər üzrə kompensasiya 100.000 manat təşkil edir. Manatla olan əmanətlər üçün sığorta faizi 12%, xarici valyutada olan əmanətlər üçün isə 2,5%-dir. Bu da o deməkdir ki, qanunda nəzərdə tutulan  tələblərə uyğun olan vəsaitlər tam sığortalanır və itki riski istisna olunur. 

Bundan əlavə, AccessBank ehtiyatların idarəedilməsində müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinə xüsusi diqqət yetirir ki,  müştərilər qarşısında olan  öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraq izlənilir və  Mərkəzi Bankının tələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyə sabitliyini artırır.

Biz qanunvericiliyə və beynəlxalq standartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanların bütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını və etibarlılığını təmin edirik.  Maliyyə göstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belə dayanıqlılığımızı qorumağa kömək edir.

- Depozit faizlərini yenidən nəzərdən keçirməyi planlaşdırırsınızmı? 

- Depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləri diqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək.  AccessBank hər zaman rəqabətədavamlı olmağa çalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.

- Ətraflı müsahibə üçün təşəkkür edirik. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri