Icma.az
close
up
RU
Davos Azərbaycanın xarici siyasətinin güclü təzahürüdür ŞƏRH

Davos Azərbaycanın xarici siyasətinin güclü təzahürüdür ŞƏRH

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Davos platformasında iştirak və orada təmsil olunmaq, şübhəsiz ki, beynəlxalq miqyasda nüfuzlu bir platformada iştirak kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu, istənilən halda həmin platformada təmsil olunan bütün dövlətlərin həm xarici siyasəti, həm də qlobal miqyasda mövqelərinin nümayişi baxımından əlamətdar hesab edilə bilər: "Baxmayaraq ki, son dövrlərdə beynəlxalq hüququn və beynəlxalq sistemin zəiflədiyi müşahidə olunur, böyük dövlətlər daha çox öz maraqlarını ön plana çəkərək beynəlxalq hüquqa və qaydalara əsaslanan dünya nizamına qarşı çıxırlar. Buna baxmayaraq, belə beynəlxalq tədbirlər tamamilə nizamsız və xaotik bir dünya düzəninin formalaşmasının qarşısını müəyyən mənada almaqdadır.

Bu baxımdan, mövcud beynəlxalq sistemin bir parçası olmaq, ümumdünya qaydalarını, insan haqlarını və dövlətlərarası münasibətləri tənzimləyən ümumi dəyərləri qorumaq, həmçinin bu prinsiplərə sadiq qalan tərəflərdən biri kimi beynəlxalq siyasətdə təmsil olunmaq Azərbaycanın xarici siyasətinin ölkəmizə qazandırdığı əsas nüfuz və dividendlərdən biri kimi qəbul edilməlidir. Çünki Azərbaycan bu kimi platformalar vasitəsilə dünyaya hələ də beynəlxalq hüquqa sadiq olduğunu, qaydalara əsaslanan, haqqa, ədalətə və hüquqa söykənən xarici siyasət xətti yürütdüyünü nümayiş etdirir.
Bu gün dünyada beynəlxalq hüquqa və ümumi qaydalara riayət edən dövlətlərin sayının getdikcə azalması, sülh və inkişafı prioritet kimi qəbul edən ölkələrin isə barmaqla sayılacaq qədər az olması fonunda Azərbaycanın bu ali prinsiplərə sadiq qalması, şübhəsiz ki, ölkəmizə beynəlxalq aləmdə xüsusi hörmət və etimad qazandırır.

Eyni zamanda, Azərbaycan məruz qaldığı haqsızlıqları və ona qarşı həyata keçirilən anti-Azərbaycan siyasətlərini məhz bu cür beynəlxalq platformalarda dilə gətirmək imkanı əldə edir. Bununla yanaşı, Davos kimi platformalar Azərbaycanın xarici tərəfdaşlarının sayını artırmasına, yeni və sağlam münasibətlər qurmasına şərait yaradır. Müasir dünyada tərəfdaşlıq əlaqələrinin, iqtisadi və siyasi əməkdaşlıqların artan əhəmiyyətini nəzərə alsaq, belə platformalarda təmsil olunmaq yeni tərəfdaşlar qazanmaqla yanaşı, mövcud əməkdaşlıqların da genişləndirilməsi deməkdir. Bütün bu məqamlar bir daha göstərir ki, Davos platformasında iştirak Azərbaycanın xarici siyasəti və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri