Icma.az
close
up
RU
Azərbaycanın şəhərsalma siyasətinin strateji mahiyyəti ŞƏRH

Azərbaycanın şəhərsalma siyasətinin strateji mahiyyəti ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur, bu xüsusiyyət yalnız siyasi və mədəni sahədə deyil, həm də memarlıq nümunələrində əks olunur. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında formalaşan harmonik vəhdət tarixi irsin qorunması ilə modern şəhərsalma siyasətinin uğurlu sintezidir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi paytaxtın müasir inkişaf konsepsiyasının bariz nümunəsidir. Şəhərsalma artıq yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu sahə insanların rifahı, rahat yaşayışı, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi mühüm məsələləri özündə birləşdirən kompleks inkişaf konsepsiyasına çevrilib. Forumun Bakıda keçirilməsi də məhz bu yanaşmanın beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal miqyasda şəhərsalma, memarlıq, davamlı inkişaf və insan rifahı məsələlərinin müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi rekord göstəricilərdən biridir. Dünyanın müxtəlif regionlarından olan dövlət və hökumət başçılarının iştirak etdiyi Forum şəhərsalma, dayanıqlı inkişaf, memarlıq, urbanizasiya və insan rifahı məsələlərinin müzakirə olunduğu nüfuzlu tədbirlərindən biridir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışı ölkənin şəhərsalma siyasətinin strateji mahiyyətini, tarixi irsə münasibətini və müasir inkişaf konsepsiyasını əhatə edən mühüm mesajlarla diqqət çəkir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Həmin amillər isə ölkənin artan beynəlxalq nüfuzunun, təhlükəsiz və etibarlı tərəfdaş imicinin növbəti göstəricisidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsinə toxunub. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məskənləri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək memarlıq və şəhərsalma mədəniyyətinin nümunələri kimi təqdim olunur. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidə yerləşən tarixi abidələr və s. xalqımızın yüksək mühəndislik və memarlıq ənənələrinin göstəricisidir. Ətraf mühitin qorunması və ekoloji şəhərsalma məsələləri də forumun diqqət mərkəzindədir. Xüsusilə Qara şəhər, Bibiheybət və Böyükşor ərazilərində aparılmış ekoloji yenidənqurma layihələri şəhərsalmanın uğurlu nümunələri kimi təqdim edilir. Vaxtilə neft tullantıları ilə çirklənmiş “Qara şəhər”in bu gün müasir “Ağ şəhər”ə çevrilməsi urbanizasiya və ekoloji bərpanın ən uğurlu layihələrindən biri hesab olunur. Son 20 ildə Bakıda 100 park, ictimai yer və bağların salınması, müasir ictimai nəqliyyat sisteminin yaradılması şəhər mühitinin daha rahat və dayanıqlı olmasına xidmət edir.

Şəhərsalma siyasətinin əsas məqsədi insanların rahat yaşayışını təmin etmək, tarixi irsi qorumaq və müasir urbanizasiya proseslərini dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirməkdir. Bu siyasət yalnız paytaxt Bakını deyil, bütövlükdə regionların sosial-iqtisadi inkişafını da əhatə edir. Dövlətimizin başçısı vurğulayıb ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Qız qalası, İçərişəhər, qədim qalalar və müxtəlif tarixi abidələr əsrlər boyu qorunaraq bu günə qədər çatdırılıb. Tarixi irsin qorunması gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir və həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də şəhərsalmada cəsarət və ehtiyatlılıq arasında balansın qorunması ilə bağlı idi. Müasir inkişaf sürətli olsa da, tarixi irsin qorunmasına xüsusi həssaslıqla yanaşmaq lazımdır. Şəhərlərin müasirləşdirilməsi və insanların həyat şəraitinin yaxşılaşdırılması vacib olduğu kimi, milli-mədəni dəyərlərin və tarixi memarlıq nümunələrinin qorunması da strateji əhəmiyyət daşıyır.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı fikir mübadiləsi və müasir şəhərsalma çağırışlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq miqyasda da müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində mühüm təcrübəyə malikdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası

Kürdəmir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri