Icma.az
close
up
RU
Davosda verilən müsahibə qlobal qeyri müəyyənlik fonunda aydın mövqedir ŞƏRH

Davosda verilən müsahibə qlobal qeyri müəyyənlik fonunda aydın mövqedir ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində sözün çəkisi azalmayıb, əksinə, doğru zamanda deyilən söz dövlətlərin gələcək trayektoriyasını müəyyən edir. Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu baxımdan diqqət mərkəzindədir. Bu çıxış qlobal xaos şəraitində Azərbaycanın siyasi düşüncəsini, davranış modelini və strateji prioritetlərini açıq şəkildə ortaya qoyur. Cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas tezislərdən biri beynəlxalq hüququn faktiki olaraq selektiv alətə çevrilməsi ilə bağlı idi. Dövlət başçısı reallığı gizlətmədən ifadə etdi: “Artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmür”.

Bu cümlə diplomatik ritorikadan daha çox, qlobal sistemin diaqnozudur. Güc mərkəzlərinin maraqları ilə hüququn prinsipləri arasında yaranmış uçurum bu gün bir çox regionda münaqişələrin əsas səbəbinə çevrilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, belə bir şəraitdə hər bir dövlət öz siyasətini real potensialına uyğun qurmalıdır: “Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır.” Azərbaycan məhz bu prinsipə söykənərək həm suverenliyini, həm də milli maraqlarını qorumağı bacarıb. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu proses beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadan baş verib. Cənab Prezident İlham Əliyev bunu açıq şəkildə bəyan etdi: “Gördüyümüz hər bir iş beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi”.

Bu mövqe Azərbaycanın yalnız qalib dövlət deyil, həm də məsuliyyətli aktor olduğunu göstərir. Suverenliyin və ərazi bütövlüyünün bərpası beynəlxalq sistemin öz prinsiplərinə uyğun şəkildə reallaşıb və bu fakt artıq dünya miqyasında qəbul olunur. Müsahibənin mühüm hissəsi Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara həsr olundu. Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Bu mükafat regionda sülhün bərqərar olunmasına verilən beynəlxalq qiymətdir: “Mən bu qərarı Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.” Dövlət başçısının sözlərinə görə, Azərbaycan tarixində ilk dəfə olaraq uzunmüddətli sülh şəraitinə daxil olur. Ermənistanla münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi təkcə siyasi bəyanat deyil, real addımlarla müşayiət olunur: “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq”. Bu fakt regionda düşmənçilik dövrünün başa çatdığını və qarşılıqlı maraqlara əsaslanan yeni mərhələnin başladığını göstərir.

Cənab Prezident İlham Əliyev müsahibədə regional təhlükəsizlik məsələlərinə də toxundu. Xüsusilə İran ətrafında baş verən proseslər fonunda Azərbaycanın mövqeyi aydındır: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir.” Bu mövqe Azərbaycanın heç vaxt qarşıdurmaların tərəfi olmadığını, əksinə, sabitliyin və təhlükəsizliyin qorunmasına çalışan məsuliyyətli qonşu olduğunu nümayiş etdirir. Müharibənin ağır nəticələrini yaşamış ölkə kimi Azərbaycan sülhün alternativsiz olduğunu açıq şəkildə bəyan edir. Davos müsahibəsində Azərbaycanın enerji siyasəti də geniş şəkildə şərh olundu. Cənab Prezident İlham Əliyev konkret faktlarla Azərbaycanın qlobal enerji xəritəsindəki yerini göstərdi: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı və uzunmüddətli tərəfdaş olduğunu sübut edir. Müasir infrastruktur, sabit təchizat və etibarlı siyasi kurs Azərbaycanı enerji sahəsində alternativsiz aktorlardan birinə çevirib. Cənab Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə münasibəti xüsusi diqqət çəkdi.

Dövlət başçısının “Biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik dillə desək, qəti və prinsipial mövqedir: “Bu, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir.” Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, lakin qərəzli mövqelərlə çıxış edən strukturlarla məsafə saxlaması siyasi ləyaqətin ifadəsidir.

Cənab Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə bir daha təsdiqlədi ki, qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanın siyasi xətti sabit və ardıcıldır. Bu xətt milli maraqlara, beynəlxalq hüquqa, sülhə və əməkdaşlığa əsaslanır. Davosdan səslənən bu mesajlar göstərir ki, Azərbaycan yeni dünya nizamında hadisələrin müşahidəçisi deyil, proseslərin fəal iştirakçısıdır. Və bu iştirakçılıq regiona sülh, dünyaya isə etibarlı tərəfdaş qazandırır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri