Icma.az
close
up
RU
İqtisadiyyat və siyasət: Azərbaycanın Davosdan güclənən mövqeyi

İqtisadiyyat və siyasət: Azərbaycanın Davosdan güclənən mövqeyi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Oxu.Az xəbər verir ki, verilişin budəfəki buraxılışında Azərbaycanın böyük önəm verdiyi, hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun əhəmiyyətindən danışılıb.

Bildirilib ki, Davos İqtisadi Forumu dünya iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinin, planetin iqtisadi inkişafla bağlı üzləşə biləcəyi problemlərin və onların həll yollarının müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın stimullaşdırıldığı və liderlər arasında dialoqun təşviq edildiyi qlobal platformadır.

Bu forum müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, iş adamlarını və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək qlobal əməkdaşlıq üçün unikal imkanlar yaradır. Tədbirdə aparılan müzakirələr, qəbul edilən qərarlar qlobal iqtisadiyyatla bağlı siyasətin formalaşmasında mühüm rol oynayır, müxtəlif sahələrin inkişafına birbaşa təsir edir.

Qeyd olunub ki, builki Davos İqtisadi Forumunun əsas diqqətçəkən müzakirə obyektlərindən biri iqlim dəyişikliyi ilə mübarizə idi. Tədbir iştirakçıları yaşıl texnologiyalara sərmayələrin artırılması, karbon emissiyalarının azaldılması və iqlimə uyğunlaşma strategiyalarının sürətləndirilməsi üzrə razılaşmalara imza atıblar. Dünya liderləri bərpaolunan enerji mənbələrinin təşviqi və enerji keçidinin sürətləndirilməsi üçün konkret addımlar atmaq öhdəliyi götürüblər.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakının ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb etməsi də diqqətə çatdırılıb.

"İlham Əliyevin Davosda keçirdiyi ikitərəfli görüşlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu görüşlər həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb edir. Çünki görüşlərdə qarşılıqlı iqtisadi əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın təşviqi, Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi layihələr, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, eləcə də ölkənin digər bölgələrində həyata keçirilən infrastruktur layihələri müzakirə olunub", - deyə verilişdə bildirilib.

Ətraflı Baku TV-nin süjetində:

İqtisadiyyat və siyasət: Azərbaycanın Davosdan güclənən mövqeyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri