Icma.az
close
up
RU
Daxili işlərə qarışma naziri...

Daxili işlərə qarışma naziri...

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Annalena Berbok bu dəfə Gürcüstanın işinə qarışıb. Söhbət Almaniyanın xarici işlər nazirindən gedir. Vəzifəsi xarici işlərlə mışğul olmağı tələb edir, ancaq xanım Berbok daxili işlərə qarışmağı çox sevir. Həm də nədənsə başqalarının daxili işlərinə. Bu xanım Almaniyanın daxili işlər naziri olmalıymış ki, bəlkə onda öz ölkəsinin işləri ilə məşğul olardı.

Bir neçə gün əvvəl Berbok Azərbaycanda səfərdə idi. COP29-da iştirak bəhanəydi; ara qarışdırmağa gəlmişdi. Dünyanın diqqəti Bakıya yönəlmişdi, aparıcı beynəlxalq media orqanları öz əməkdaşlarını Azərbaycana ezam etmişdi. Annalena Berbok belə bir şansı qaçırarmıydı?! Əlbəttə, yox.

Dərhal uçdu İrəvana, ordan da Bakıya. Özünü regionun məsələləri ilə məşğul kimi göstərdi, amma məqsəd başqa idi.

Bakıda - COP29 meydançasında jurnalistləri toplayıb, mətbuat konfransı keçirdi. Azərbaycana tənqid yağdırdı; iqlim konfransına ev sahibliyi edən ölkənin əziyyətinin üstündən xətt çəkmək istədi. Bütün varlığı ilə çalışdı-çabaladı. Ancaq beynəlxalq media bu nazirin açıqlamalarını çox da həvəslə tirajlamadı. Amma hər halda onun çıxışlarına yer ayıranlar da var idi. Necə olmasa da, Almaniya kimi böyük bir ölkənin xarici işlər naziridir deyə jurnalistlər tam biganə qala bilməzdilər. Bununla belə çox da ciddiyə alınmadı; özü də bunun fərqində olmamış olmaz.

Berbokun belə bərbad şəxsi-siyasi ovqatı səbəbsiz deyildi: noyabrın əvvəlində üzvü olduğu koalisiya hökuməti dağıldı. Azad Demokratlar Partiyası koalisiyadan çəkilincə, kansler Olaf Şoltsun kabineti çökdü. Yanvarın 15-də etimad səsverməsi olacaq. Başqa kansler gələcək, yeni kabinet qurulacaq. Bu kabinetdə Berbok olacaqmı, olmayacaqmı? Bəlli deyil.

Bir də o arada xanım nazirin şəxsi həyat "koalisiyası" da dağıldı. 9 və 13 yaşlarında iki qız anası olan Annalena Berbok 17 illik evliliyinə son qoydu; Daniel Holeyflayşdan ayrıldı.

Hökuməti dağılmış, ailəsi dağılmış bir nazir bütün bunların depressiyasına düşüb də, dünyanı dağıtmaq istəməzmi?! İstər yəqin ki.

İndi nazir Gürcüstana da bu motivlə yanaşıb; kütlələri inqilaba həvəsləndirir. "X" platformasında, görün, nə yazıb:

"Gürcüstanda on minlərlə insan Avropanın ürəyini küçələrə daşıyırlar və Avropa İttifaqınım bayrağını su şırnaqlarına qarşı əllərində saxlayırlar. Gürcüstanın namizədlik statusu - tarixi şansdır. Hökumət öz xalqının səsini eşitməlidir".

Almaniya hökuməti öz xalqının səsini eşidir; çoxluq hökumətdən narazıdır. Daxili siyasətindən, iqtisadi siyasətindən, elə xarici siyasətindən. Ukraynada tutduğu mövqe Almaniya kimi bir dövləti az qala orta səviyyədən aşağı bir ölkə səviyyəsinə endirib. Amerika bir yana qalsın, Fransanın çaldığı havalara oynayır. Elə Avropa Şurasının Parlament Assambleyasında, Avropa Parlamentində Almaniyadan olan deputatlar fransızların avanyürist oyunlarına getdilər.

Elə Fransanın özü nə vəziyyətdədir?! Afrikalılar bir-birinin dalınca ölkələrindən qovurlar. Üstəlik aylardır, büdcə üzərində parlamentdə razılıq əldə olunmur; çıxış yolu kimi Emmanuel Makronun prezident postundan getməsi tələb olunur. Konsensusu Makronun pozduğu iddia edilir. Razılıq əldə olunmasa, Fransa 2025-ci ilə büdcəsiz daxil olacaq. Üstəlik də müharibə Avropa İttifaqının qapısına dirənib.

Avropalılar bir yandan Donald Trampdan xoşagəlməz siyasi sürprizlər və ticarət müharibəsi gözləyirlər, o biri yandan Putindən hücum və nüvə zərbəsi gözləyirlər. Xüsusilə, Putinin rus tanklarının Berlinə mümkün "səyahəti" haqqında hədəsindən titrəyirlər.

Bu durum 1949-cu ildə ABŞ-ın keçmiş və ağlı başından getmiş müdafiə naziri Ceyms Forrestolun faciəli intiharını xatırladır. "Ruslar gəlir! Ruslar gəlir! Onlar artıq burdadır! Mən onları görürəm" deyə qışqıraraq özünü çoxmərtəbəli psixatriya xəstəxanasının pəncərəsindən atdı. Necə deyərlər, "Пасиент скорее мертв, чем жив".

İndi də bu Avropalılar. Öz probləmləri başlarından aşır, özlərinin Rusiya üçün qurduqları Ukrayna tələsinə özləri düşüb qalıblar. Amma yenə də dərs olmur. İndi də Gürcüstanı ən azı Ukrayna qədər "xoşbəxt etmək" istəyirlər. Xalq arasında deyildiyi kimi, özlərinə umac ova bilmirlər, başqasına əriştə kəsirlər. Gallup sorğusu göstərir ki, Almaniyada hərbi xidmətə yararlı kişilərin 96 faizi əlinə silah alıb ölkəsini qorumaq, döyüşmək fikrində deyil. Amma həmin sorğunun nəticələrinə görə, bu rəqəm Türkiyədə əksinədir: 96 faiz öz ölkəsi üçün vuruşmağa və ölüb-öldürməyə hazırdır.

Budur, Qərbi Avropa komformizmi! Özləri rahat, qayğısız həyat yaşasın deyə, başqa ölkələri "xərcləməyə", başqa xalqları qırğına verməyə hazırdırlar.

Bu dəfə də Gürcüstanı və gürcüləri qurbanlıq seçiblər; Kiyev "Maydan"ını Tiflisə daşımaq istəyirlər Baş nazir Kobaxidzenin dediyi kimi, Gücüstanı da "Ukraynalaşdırmağa çalışırlar". Gürcü xalqını ayağa qalxıb, öz dövlətini öz əlləri ilə dağıtmağa çağırırlar.

Bu çağırışı edənlərdən biri də Annalena Berbokdur. Almaniyanın həmin o daxili işlərə qarışan xarici işlər naziri...

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri