Moskvadan Trampın iddialarına cavab: Daxili işlərə qarışmırıq
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev ABŞ Prezidenti Donald Trampın seçkilərə müdaxilə ilə bağlı ittihamlarına münasibət bildirib.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, o, açıqlamasında Rusiyanın nə ABŞ-nin, nə də digər dövlətlərin daxili siyasi işlərinə qarışdığını deyib.
Kosaçev bildirib ki, ABŞ tərəfindən səsləndirilən ittihamları təsdiqləyən kifayət qədər dəlil yoxdur. Onun sözlərinə görə, Rusiyaya qarşı bu cür iddialar artıq Amerika siyasətində ənənəvi hal alıb.
"Bu cür ittihamların heç bir əsası yoxdur. Hətta bu sui-qəsd nəzəriyyələrini irəli sürənlər belə dəlil axtarmağa ehtiyac duymurlar", – deyə rusiyalı senator vurğulayıb.
Aytəkin TOFİQQIZI
Baxış sayı:164
Bu xəbər 17 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















