Icma.az
close
up
RU
Daxili qoşunların fəaliyyəti ilə bağlı Yeni qanun

Daxili qoşunların fəaliyyəti ilə bağlı Yeni qanun

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların komandanının səlahiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

-    daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibini təsdiq edəcək;

-    daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq;

-    daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verəcək;

-    daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradacaq və ləğv edəcək, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edəcək;

-    daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edəcək;

-    daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edəcək;

-    daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edəcək və onun tərkibini müəyyən edəcək;

-    daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edəcək;

-    daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirəcək, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edəcək;

-    daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirəcək;

-    daxili qoşunlara bilavasitə rəhbərlik edəcək və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edəcək;

-    daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək;

-    daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edəcək;

-    daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edəcək və onlarda dəyişiklik edəcək;

-    hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edəcək;

-    müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edəcək;

-    xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcək, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görəcək;

-    daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edəcək;

-    ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edəcək;

-    hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verəcək;

-    qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edəcək;

-    icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verəcək, onların icrasına nəzarəti təşkil edəcək;

-    Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunudşa qəbul edilib. 

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri