Daxili qoşunların maliyyə təminatı ilə bağlı yeni qayda
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daxili qoşunların maliyyə təminatı ilə bağlı qanunvericilik müəyyənləşir.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların maliyyə təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
Daxili qoşunların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə müəyyən edilir.
Daimi yerləşdiyi yerlərdən kənarda xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunmuş daxili qoşunların hərbi qulluqçularının xidməti yaşayış sahələri, kommunal xidmətlər, rabitə xətləri və kanalları, nəqliyyat vasitələri, yanacaq-sürtgü materialları, əlavə qida məhsulları ilə təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















