Daxili qoşunların fəaliyyəti ilə bağlı DİN in səlahiyyətləri bəlli oldu KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Daxili qoşunların fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətləri bəlli olub.
KONKRET.az xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə görə, qurum daxili qoşunların strukturunu, ali hərbi rütbəli vəzifələrin siyahısını və ümumi say tərkibini təsdiq edir, daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır, daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir.
Həmçinin nazirlik daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradıb və ləğv edəcək, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















