Icma.az
close
up
RU
Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində minik avtomobillərinin qış istismar dövrünə hazırlığı yoxlanılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yoxlama zamanı avtomobillərin şinlərinin, əyləc sisteminin, elektirik sisteminin və digər hissələrin sazlığı yoxlanılıb, eləcə də avtomobildə olan tibb qutusunun içindəki ləvazimatlar yanğınsöndürmə balonu və digər avadanlıqlara baxış keçirilib.

Avtomobillərin və digər avadanlıqların texniki vəziyyətinin yoxlanılması, ehtiyac olarsa təmir işləri aparılması ekstremal şəraitdə effektivliyin qorunmasına, hərbi tapşırıqların vaxtında və uğurla yerinə yetirilməsinə zəmanət verir.

seeBaxış sayı:88
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri