Icma.az
close
up
RU
“Day day” erası bitdi: Ya diplom, ya iş...

“Day day” erası bitdi: Ya diplom, ya iş...

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar təhsil sahəsində aktual olan mövzulardan biri də ali məktəblərə qəbul planının artırılması ilə bağlıdır. 

Bir neçə ildir ki, dövlət ali təhsil müəssisələrinə yerlərin sayı tədricən artırılır və növbəti ildə yenə artım gözlənilir. 

Bununla yanaşı, ali təhsl ocaqlarını bitirən şəxslərin bir çoxu iş tapmaqda problemlə üzləşir. Məhz bunun nəticəsidir ki, son vaxtlar peşə təhsili müəssisələrinə üz tutanların sayı getdikcə artır. Bu baxımdan, məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, təhsil almaq hər kəs üçün deyil: 

“Xüsusən kasıblar sənətkar olsalar yaxşıdır. Əmək bazarı ilə birbaşa əlaqəli, praktik bacarıq tələb edən ixtisaslar üzrə ballarda artım müşahidə oluna bilər. Xüsusilə məhdud plan yerləri olan, lakin perspektiv vəd edən ixtisaslarda seçim daha çətinləşəcək”. 

Ali təhsil müəssisələrində bəzi ixtisaslara qəbul planı azaldılmalıdırmı və burada əmək bazarı rol oynayırmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ilk növbədə təhsilin nə qədər əlçatan olması əsasdır: 

“Bu gün çox geniş imkanı olan ailələr DİM-in xüsusi dərs vəsaitləri ilə “bunker” müəllimlərin hazırlıq kursunu keçənlər birmənalı olaraq yüksək bal toplayır, populyar ixtisasları qazanırlar. Ucqar kənd yerində olan istedadlı bir uşaq arzuladığı ixtisasa gəlib çata bilmir. 

Çünki o, həmin DİM-in dərs vəsaitlərindən istifadə etmədyinə görə həmin məqama yetişə bilmir. Ancaq bəlkə o, daha istedadlıdır, gələcəkdə daha yaxşı tədqiqatçı, elm adamı ola bilər. Bizim iş adamları, istehsal müəssisələri müəyyən büdcə formalaşdırmalı, belə uşaqları axtarıb tapmalıdır. 

Təəssüflər olsun ki, bizdə uşağın bütün enerji və potensialını ali təhsil müəssisəsinə qəbul olmağına qədər hesablamış valideynlər var. Valideynin əsas hədəfi odur ki, uşaq ali məktəbə qəbul olsun. Həmin abituriyentin ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarında özünü nə qədər sübut edə biləcəyi artıq çətin məsələdir. Ola bilsin ki, sevmədiyi ixtisası bitirib. 

Bu gün Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondunun hesabına qəbul olunanlar universiteti bitirə bilirlər. Burada imkansız ailələrdən söhbət gedir. Bir tərəfdən, növbəti ildən ali məktəblərə tələbə qəbulu sayını 70 min nəfərə qədər artırmaq planlaşdırılır. 

Digər tərəfdən də başqa-başqa sahələr üzrə qəbulu azaltmaq kimi fikirlər səslənir. Fikrimcə, burada bir təzad var. Təhsil elə sahədir ki, strateji planı, məqsədi olmalıdır. 

Bu məqsədə çatmaq üçün müəyyən islahatlar aparılmalıdır. Keçmiş Sovet məkanında əhali sayına görə ən az ali təhsil diplomu olanlar Azərbaycandadır. Burada bir tərəfdən təhsil alanların sayını dünya standartlarına çatdırmağı, digər tərəfdən də əmək bazarını nəzərə almaqla bu sayı azaltmağı düşünürlər”. 

Ekspertin sözlərinə görə, hazırda əmək bazarında ali təhsil müəssisələrindən məzun olanlar sırasında əsasən pedoqoji sahədə təhsil alanlar işlə təmin olunurlar: 

“Məsələn, ADPU-dan məzun olanların 60 faizin üzərində işlə təmin oluna bilib. Ancaq digər sahələrdə bu problem özünü göstərir. Məsələn, mühəndislər, aqronomlar, zootexniklər bu gün özlərinə iş tapa bilirmi? Mən hansısa bir ixtisas üzrə qəbul sayının azaldılmasının tərəfdarı deyiləm. 

Çünki rəqabətlilik olmalıdır. Kim yaxşı mütəxəssis olacaqsa, gedib özünə iş tapa biləcək. Artıq “day-day” erası bitdi və özəl müəssisələr daha çoxdur. Ona görə də heç kim savadsız işçini götürüb əlavə xərc yeri yaratmaq istəmir. Hamı istəyir ki, istedadlı bir məzunu işə cəlb etsin, ondan faydalansın. 

Fayda verməyən şəxsləri artıq işə cəlb etmirlər. Biz çalışmalıyıq ki, yaxşı mütəxəssislər seçək. Biri çətinliklə oxuyub diplom alacaq, digəri yaxşı mütəxəssis olacaq, öz üzərində işləyəcək. 

Məsələn, bir universitetdə 100 nəfər tarix müəllimi ixtisasından məzun olursa, MİQ imtahanında onlardan neçəsinin müəllim olmağa layiq olduğunu görəcəyik. Ondan sonrakı mərhələni özü düşünsün ki, necə müəllim olacaq. Bu gün Peşə Təhsil Mərkəzindən məzun olanların 90 faizinin nəticələri var. 

Çünki onlar az bir vaxtda tədris keçməklə, birbaşa ehtiyac olan peşələri seçirlər. Bu gün peşə təhsil mərkəzlərinə baxsaq, hər biri yüksək səviyyəli avadanlıqlarla təmin olunub. Elə ali təhsil müəssisələri var ki, heç laboratoriyalarını yeniləməyiblər. Peşə təhsili alanlar üçün daha çox iş imkanları yaranır, nəinki 4-5 il ali məktəbdə oxuyub əmək bazarında yer tapa bilmirlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: diplom iş Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri