Dayanıqlı şəhərsalma: iqlim dəyişikliyinə davamlı infrastruktur həlləri
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın “Dayanıqlı şəhərsalma: İqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” adlı seminarı təşkil olunub.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Unversitetindən (BDU) məlumat verilib. Gülnarə Abbasova çıxışında dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinin qlobal miqyasda olduğu kimi, Azərbaycan üçün də aktual olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində temperaturun artması, ekstremal hava hadisələrinin intensivləşməsi və su ehtiyatlarının idarə olunması kimi məsələlər şəhər infrastrukturunun planlaşdırılmasında yeni yanaşmalar tələb edir. Xüsusilə Bakı və digər iri şəhərlərdə ekoloji tarazlığın qorunması, yaşıllıq zonalarının genişləndirilməsi, yağış sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəliliyi baxımından tikinti texnologiyalarının tətbiqi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda iqlim müşahidələri, hidrometeoroloji məlumatların təhlili və onların şəhər planlaşdırılmasında istifadəsi istiqamətində görülən işlərdən də danışan Gülnarə Abbasova iqlimə davamlı infrastrukturun formalaşdırılmasının ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Seminar zaman Dayanıqlı İnkişaf Məqsədlərinin şəhərsalma sahəsində rolu, bu istiqamətdə beynəlxalq təcrübə və müasir yanaşmalar barədə də fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Mart 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















