Icma.az
close
up
RU
DB: Münaqişə olan ölkələrdə yoxsulluq artır

DB: Münaqişə olan ölkələrdə yoxsulluq artır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə (FCS) yoxsulluğ artır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dünya Bankının verdiyi açıqlamada deyilir.

Dünya Bankının yeni hesabatına görə, bu ölkələrdə silahlı qarşıdurmalar və qeyri-sabitlik iqtisadiyyata dağıdıcı təsir göstərir, yoxsulluğun artımını sürətləndirir, aclığı dərinləşdirir və inkişafla bağlı əsas məqsədlərin reallaşmasını qeyri-mümkün edir.

2020-ci ildən bəri münaqişə və qeyri-sabitlik yaşayan ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) hər il 1,8 faiz azaldığı, digər inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 2,9 faiz artdığı vurğulanıb.

Hesabatda münaqişəli ölkələrdə 421 milyon insanın bu il gündə 3 dollardan az pulla yaşadığı və bu rəqəmin 2030-cu ilə qədər 435 milyona yüksəlməsi gözlənildiyi bildirilib.

Qeyd edilib ki, təhlillər “ifrat yoxsulluğa son qoymaq” qlobal məqsədinə nə üçün bu günə qədər nail olunmadığını, hazırda münaqişə və ya qeyri-sabitliklə üzləşən 39 iqtisadiyyatdan 21-nin aktiv münaqişə vəziyyətində olduğunu açıqlayıb.

Sənəddə inkişaf etməkdə olan iqtisadiyyatlarda ifrat yoxsulluq səviyyəsinin 6 faizə düşdüyü, ancaq münaqişə və ya qeyri-sabitlik yaşayan iqtisadiyyatlarda bu nisbətin demək olar ki, 40 faiz olduğu vurğulanıb.

Bu ölkələrdə adambaşına düşən illik ÜDM-in orta hesabla 1 500 ABŞ dolları civarında olduğu və 2010-cu ildən bu yana demək olar ki, artmadığı, digər inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən gəlirin iki dəfədən çox artaraq orta hesabla 6 900 dollara çatdığı qeyd olunub.

Bildirilib ki, qarşıdurma və ya qeyri-sabitlik yaşayan iqtisadiyyatlar əhalinin artım tempinə paralel olaraq kifayət qədər məşğulluq yarada bilmir və son məlumatlara görə, bu ölkələrdə 270 milyondan çox əmək qabiliyyətli insan olsa da, bu insanların yalnız yarısı məşğuldur.

Qeyd edilir ki, münaqişə və ya qeyri-sabitliyin, bütün inkişaf göstəricilərində əks olunduğu və bu ölkələrdə orta ömür uzunluğunun digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə 7 il az olmaqla 64 il təşkil edir.

Vurğulanır ki, bu ölkələrdə uşaq ölüm nisbəti iki dəfədən çoxdur və ərzaq təhlükəsizliyi əhalinin 18 faizinə təsir edir.

Dünya Bankının baş iqtisadçısı və vitse-prezidenti İndermit Gill son üç ildə dünyanın diqqətinin Ukrayna və Yaxın Şərqdəki münaqişələrə yönəldiyinə diqqət çəkərək, “Ancaq münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən insanların 70 faizindən çoxu Afrikada yaşayır. Əgər müdaxilə edilməsə, bu şərtlər xroniki hala gəlir. Bu gün münaqişə və qeyri-sabitlik yaşayan ölkələrin yarısı bu vəziyyəti 15 ildən çoxdur yaşayır. 

Bu miqyasda yoxsulluğun yoluxucu olması qaçılmazdır" deyib.

Dünya Bankının baş iqtisadçı müavini Ayhan Köse də son 15 ildə bu ölkələrdə artımın deyil, durğunluğun normal hala çevrildiyini qeyd edib.

Bu iqtisadiyyatların vəziyyətinə daha çox diqqət yetirilməli olduğunu vurğulayan Köse, "Burada inkişafı canlandırmaq asan olmayacaq, amma mümkündür və bu, əvvəllər də edilib.

Məqsədli siyasətlər və güclü beynəlxalq dəstək ilə qərar qəbul edənlər qarşıdurmaların qarşısını ala, idarəçiliyi gücləndirə, böyüməni sürətləndirə və məşğulluq yarada bilər" deyib.

Nigar
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri