Icma.az
close
up
RU
DÇ 2026 da azarkeşlərin ən çox maraq göstərdiyi matçlar bəlli oldu

DÇ 2026 da azarkeşlərin ən çox maraq göstərdiyi matçlar bəlli oldu

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

FIFA 2026-cı il dünya çempionatı üçün bilet satışlarında rekord səviyyədə müraciətlə üzləşib. Oyunların rəsmi cədvəli açıqlanmadan əvvəl, ötən ilin oktyabr və noyabr aylarında artıq 2 milyon bilet satılıb. Turnir üzrə ümumilikdə 4–5 milyon biletin hələ də satışda olduğu bildirilir.

"Unikal" xəbər verir ki, FIFA-nın açıqlamasına görə, son müraciət mərhələsində biletlər üçün 500 milyondan çox sifariş daxil olub. Bu isə dünya çempionatına marağın mövcud bilet sayından xeyli çox olduğunu göstərir.

Ən çox maraq göstərilən görüşlər Kolumbiya – Portuqaliya, Meksika – Koreya, dünya çempionatının final görüşü və Meksika – Cənubi Afrika açılış matçı olub. Həmçinin iyulun 2-də Torontoda keçiriləcək 1/32 final oyunu da azarkeşlərin böyük marağına səbəb olub.

Mütəxəssislər həlledici mərhələlərin matçlarına, eləcə də Meksika, Argentina, Kolumbiya və Portuqaliya kimi komandaların oyunlarına yüksək tələbatı normal hesab edir. Bununla belə, daha az tanınan komandaların qarşılaşmalarına bu qədər yüksək qiymətlərlə marağın necə olacağı sual altındadır.

FIFA artan tələbatı bilet qiymətlərinin yüksək olmasını əsaslandırmaq üçün arqument kimi göstərir. Lakin bir çox azarkeş qiymətləri həddindən artıq baha hesab edir. Bildirilir ki, bilet qiymətləri əvvəlki dünya çempionatları ilə müqayisədə xeyli artıb və bu səbəbdən bəzi azarkeşlər oyunları stadiondan deyil, evdən izləməyə üstünlük verirlər.

Buna baxmayaraq, ilkin satış mərhələsində FIFA-ya ayrılmış biletlər qısa müddətdə tükənib. Qiymətlər artırılsa da, biletlər yenidən satış platformalarında daha baha məbləğə təklif olunur.

DÇ-2026 iyunun 11-də Meksika şəhərində start götürəcək və iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatında başa çatacaq. Turnirin oyunları ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri