Britaniya hökuməti həyəcan təbili çalır! Kritik nazirlik hədəfə alındı
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Əmək və Pensiyalar Departamentinin bəzi xidmətləri kiberhücumdan sonra ehtiyat tədbiri olaraq müvəqqəti dayandırılıb.
Turkustan.az xəbər verir ki, departament kiberhücumla bağlı araşdırma aparıldığını və bəzi xidmətlərin təhlükəsizlik məqsədilə müvəqqəti deaktiv edildiyini açıqlayıb.
Bəyanatda bildirilib ki, qurum Milli Kiber Təhlükəsizlik Mərkəzi və Hökumətin Kiber Koordinasiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.
“Hadisəni araşdırırıq və mümkün fasilələri minimuma endirmək üçün xidmətləri mümkün qədər tez bərpa etməyə çalışırıq”, – deyə məlumatda qeyd olunub.
Departament, həmçinin sosial yardım və pensiya ödənişlərinin kiberhücumdan təsirlənmədiyini və əvvəlki qaydada davam edəcəyini vurğulayıb.
Hadisə süni intellekt texnologiyalarının Böyük Britaniyanın rəqəmsal infrastrukturuna qarşı kiberhücumları artıra biləcəyi ilə bağlı xəbərdarlıqların səsləndirildiyi bir vaxtda baş verib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















