Icma.az
close
up
RU
DÇ 2026: Daha bir baş məşqçi istefa verdi

DÇ 2026: Daha bir baş məşqçi istefa verdi

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Almaniya Futbol Assosiasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmannın vəzifəsindən ayrıldığını açıqlayıb.

Modern.az alman mediasına istinadən xəbər verir ki, qərar Almaniya yığmasının 2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında gözlənilmədən məğlub olaraq mübarizəni dayandırmasından sonra verilib.

Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf yaydığı bəyanatda Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib.

"Almaniya Futbol Assosiasiyası 2023-cü ilin sentyabrından bəri gördüyü işlərə görə Yulian Nagelsmanna minnətdarlığını bildirir. O, yüksək peşəkarlığı, böyük ambisiyası, məsuliyyətli və səmimi xarakteri ilə seçilən mütəxəssisdir", – bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin bildirilib ki, yeni baş məşqçinin təyin olunması ilə bağlı DFB rəhbərliyi Yurgen Kloppla danışıqlara başlayacaq.

Məlumata görə, Klopp Almaniya millisini çalışdırmağa prinsip etibarilə razılıq verib. Hazırda o, Red Bull Qrupunda qlobal futbol layihələrinin rəhbəri vəzifəsində çalışır. Bununla belə, müqaviləsində Almaniya millisindən təklif alacağı təqdirdə vəzifədən ayrılmasına imkan verən xüsusi bənd yer alıb.

Kloppun Almaniya millisinə rəhbərlik etməsi baş tutacağı təqdirdə, bu, onun 2024-cü ildə "Liverpool FC"dan ayrıldıqdan sonra ilk məşqçi işi olacaq.

Xatırladaq ki, 38 yaşlı Naqelsmann 2023-cü ilin sentyabrında Almaniya yığmasının baş məşqçisi təyin edilmişdi. O, komandanı UEFA Euro 2024nın 1/4 finalına qədər yüksəltmiş, Almaniya həmin mərhələdə sonradan turnirin qalibi olan İspaniyaya uduzmuşdu.

Almaniya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində ilk oyunda Kurasaonu 7:1 hesabı ilə məğlub edib, daha sonra Fil Dişi Sahilini 2:1 hesabı ilə üstələyib. Ekvadora 1:2 hesabı ilə uduzmasına baxmayaraq, top fərqinə görə qrup lideri kimi pley-offa yüksəlib. Komanda 1/16 finalda Paraqvayla əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında məğlub olub.

Məğlubiyyətdən sonra Naqelsmann istefa qərarını belə şərh edib:

"Mən məsuliyyətdən qaçan insan deyiləm. Amma bugünkü nəticə göstərdi ki, dəyişməli olan məqamlar var."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri