Icma.az
close
up
RU
DÇ 2026: almanlar rekordun astanasında, Advokatlı legionerlər E qrupuna baxış

DÇ 2026: almanlar rekordun astanasında, Advokatlı legionerlər E qrupuna baxış

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C və D qrupunu dəyərləndirdik. İndi isə E qrupuna nəzər salaq:

Qrup E
Almaniya
Kürasao
Fil Dişi Sahili
Ekvador

Almaniya

Dünya çempionatının favoritlərindən sayılan “panzerlər” mundiallar tarixinin ən uğurlu komandaları arasındadır. Almaniya yığması tarixində dörd dəfə dünya çempionu olub. Onlar rekordçu Braziliyadan bir “qızıl” geri qalır. Bu dəfəki hədəf isə rekorda şərik olmaqdır.

Son illərdə eniş dövrünü yaşayan Almaniya yığması sonuncu dəfə 2014-cu ildə mundialda çempionluq yaşayıb. Həmin vaxtdan sonra nəticələr qeyri-stabildir. Yulian Naqelsmannın rəhbərliyi altında yenidən iddialı olmağa çalışan “panzerlər” qrupun da favoritidir.

Almaniya millisi mundiallarda:
114 oyun, 68 qələbə, 20 heç-heçə, 26 məğlubiyyət.

Kürasao

Qrupun “sirli qutu”su Kürasao yığmasıdır. Tanınmış mütəxəssis Dik Advokatın rəhbərlik etdiyi komanda tarixində ilk dəfə dünya çempionatında mübarizə aparacaq.

Mundiallarda iştirak edən ölkələr arasında ən kiçik iştirakçılardan olan Kürasao Karib hövzəsini təmsil edir. Komandanın heyətinin dəyəri 25.75 milyon avrodur. Kürasao yığmasında PSV-dən Armano Opispo, “Şeffild Yunayted”dən Tait Çonq, “Midlsbro”dan Sontye Hansen kimi futbolçular çıxış edir. Ümumiyyətlə, heyətdəki bütün oyunçular legioner həyatı yaşayır.

Dünya çempionatına ilk dəfə vəsiqə qazanan Kürasaonun ən güclü silahı məhz baş məşqçisi Advokatdır. Mütəxəssis “Reyncers”, PSV, “Zenit” kimi klublarda işlədiyi dönəmlərdə qazandığı kuboklarla tanınır.

Fil Dişi Sahili

Afrikanın ən güclü futbol ölkələrindən biri olan komanda qrupda ikinciliyə əsas namizəddir. “Fillər” ləqəbli kollektivin birinci yeri tutması belə sürpriz olmaz.

Fil Dişi Sahili yığması dördüncü dəfə dünya çempionatında mübarizə aparacaq. Futbol dünyasına tanınmış ulduzlar bəxş edən futbol ölkəsi hələ mundialda qruplardan çıxa bilməyib. 2006-20214-cü illərdə üç dəfə dünya çempionatına yollanan “fillər” mübarizəni də erkən dayandırıb.

Fil Dişi Sahili yığmasının heyətinin dəyəri yarım milyarddan çoxdur – 522.10 milyon avro. Komandada ən dəyərli oyunçu Yan Diomandedir. “Leypsiq” forması geyinən 19 yaşlı hücumçunun qiyməti 90 milyon avrodur. Gənc futbolçulardan formalaşdırılan kollektivdə “Mançester Yunayted”dən Amad Diallo, “Sportinq”dən Osman Diomande, “Qalatasaray”dan Vilfrid Sinqo, “İnter”dən Ange Bonni kimi ulduzlar var.

Fil Dişi Sahili yığması mundiallarda:
9 oyun, 3 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət.

Ekvador

Qrupun Cənubi Amerikadan olan tək təmsilçisi Ekvadordur. Komanda Amerikada son 25 ildə ən sürətli inkişaf edən kollektivlərdəndir. Ekvador tarixində beşinci dəfə mundialda mübarizə aparacaq.

Yığmanın ən böyük uğuru 2006-cı ildə 1/8 finala yüksəlmək olub. Həmin vaxtdan sonra komanda dünya çempionatlarında qrupdan çıxa bilməyib.

Heyətin dəyəri 368.70 milyon avrodur. Komandada “Çelsi”dən Moyzes Kaysedo, PSJ-dən Villian Paço, “Arsenal”dan Pyero İnkapye kimi adlar var. Hər mövqedə “ulduz”u olan ekvadorlular mundialda sürpriz etmək potensialında olan yığmalardan hesab edilir.

Ekvador millisi mundiallarda:
13 oyun, 5 qələbə, 2 heç-heçə, 6 məğlubiyyət.

E qrupunun afişası:
14 iyun Almaniya – Kürasao
15 iyun Fil Dişi Sahili – Ekvador
20 iyun Almaniya – Fil Dişi sahili
21 iyun Ekvador – Kürasao
25 iyun Ekvador – Almaniya
25 iyun Kürasao – Fil Dişi Sahili

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri