DÇ: Növbəti qaliblərin adları bəlli oldu Video
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtımızda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 6-da 4x100 metrlik yanğın estafeti növü üzrə yarışlar keçirilib.
Axar.az xəbər verir ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında 4x100 metrlik yanğın estafeti növündə komandalar arasında I yeri Belarus Respublikası, II yeri Çin Xalq Respublikası, III yeri isə Rusiya Federasiyasının komandası tutub.
Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Özbəkistan Respublikası, III yerə isə Belarus Respublikasının komandası layiq görülüb.
Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Noyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















