Icma.az
close
up
RU
DÇ2034 Səudiyyə Ərəbistanında keçiriləcək

DÇ2034 Səudiyyə Ərəbistanında keçiriləcək

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

FİFA-nın dekabrın 11-12-də keçirilən növbəti konqresində futbol üzrə dünya çempionatlarının təşkilatçılarının adı açıqlanıb. Söhbət DÇ-2030 ilə DÇ-2034-dən gedir. Qərarları dünyanın ali futbol qurumunun prezidenti Canni İnfantino açıqlayıb.

DÇ-2030 təkcə turnirə qatılacaq ölkələrin yox, həm də turniri qəbul edəcək qitələrin sayı baxımından rekord müəyyənləşdirəcək. İlk dünya çempionatının 1930-cu ildə Uruqvayda keçirilməsinin şərəfinə mundial məhz Cənubi Amerikada start götürəcək. Açılış oyunu Montevideoda keçiriləcək. Argentina və Paraqvay paytaxtlarında da bir oyun olacaq.
Bu ölkələrin seçilməsi təsadüfi deyil. İlk mundialın finalında Uruqvay və Argentina yığmaları qarşılaşıb, Cənubi Amerika ölkələrini özündə birləşdirən CONMEBOL isə həmin vaxt mövcud olan yeganə konfederasiya idi. Onun mənzil-qərargahı da Paraqvayda yerləşirdi.
Turnirin əsas hissəsi isə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Mərakeş dünya çempionatına “qucaq açan” ilk Şimali Afrika ölkəsidi. Məhz bu ölkənin yığması DÇ-2022-də qitə üçün ən yaxşı nəticəni göstərib, 4-cü yeri tutub.
DÇ-ni Mərakeşin 6 (Aqadir, Kasablanka, Fes, Marrakeş, Rabat, Tanjer), Portuqaliyanın 2 (Lissabon, Portu), İspaniyanın 9 (La-Korunya, Barselona, Bilbao, Las Palmas, Madrid, Malaqa, San-Sebastyan, Sevilya, Saraqosa) şəhəri qəbul edəcək.
İnfantino bu qərarı belə izah edib:

“Parçalanmış dünyada birlik göstərdik. Biz hamımız vahid qlobal icmanın bir hissəsiyik. Hamının bərabər olmadığını bilirik. Ancaq bütün fərqlərimizə rəğmən, bir-birimizi qlobal dünya icmasının bir hissəsi kimi qəbul etməyi öyrənməliyik. Bir-birimizə hörmət edirik. İnklüzivik, diskriminasiyanı yolverilməz sayırıq. Müsbət sosial effektə nail olmağa çalışırıq”.


Konqresdə DÇ-2034-ün də taleyinə aydınlıq gəlib. Əslində hələ ötən ilin oktyabrında bəlli idi ki, bu turniri keçirmək üçün yalnız Səudiyyə Ərəbistanının sifariş ərizəsi var. Avstraliya ərizəsini geri çəkəndən sonra belə durum yarandı. Başqa konfederasiyalardan olan ölkələr isə FİFA-nın rotasiya prinsipi (DÇ-2026 və DÇ-2030 bütün başqa qitələri əhatə edəcəyindən bu dəfə seçim Asiya ilə Okeaniya arasında olacaqdı) üzündən təşkilatçılığa namizədliyini irəli sürə bilməzdi.
Təşkilatçılar bəyan ediblər ki, 2034-cü ilin dünya çempionatı minimum 5 şəhərdə yerləşən 15 stadionda keçiriləcək. Özü də bəzi stadionların tikintisi hələ başlamayıb. Səudiyyə Ərəbistanındakı isti iqlim üzündən, çox güman, oyunlar yayda olmayacaq. Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatı 20 noyabr – 18 dekabr aralığına təsadüf etmişdi.
Düzdü, DÇ-2034 ilə bağlı seçim birmənalı qarşılanmayıb. İnsan hüquqları üzrə ixtisaslaşan təşkilatlar turnirin Səudiyyə Ərəbistanında keçirilməsinin əleyhinədi. Onları həm əmək mühacirlərinin çalışma şərtləri, həm də ümumilikdə bu ölkədə insaq hüquqları ilə bağlı vəziyyət narahat edir. Artıq “Amnesty International”, “Human Rights Watch” kimi nüfuzlu təşkilatlar etiraz səsini ucaldıb.
Hətta Norveç Futbol Assosiasiyası da FİFA-nın seçiminin əleyhinədi – qurumun prezidenti Liza Klaveness çərşənbə axşamı bununla bağlı bəyanat yayıb:

“FİFA-nın insan hüquqları ilə bağlı öz prinipləri seçim prosesinə lazımi şəkildə inteqrasiya etməyib. Bu isə həmin hüquqların pozulması riskini artırır. Çərşənbə günü keçiriləcək səsvermə heç nəyi həll etmir. Artıq DÇ-2030 və DÇ-2034-ün təşkilatçılığının hansı ölkələrə tapşırılacağı məlumdu. Bu, FİFA-nın prinsiplərinə uyğun deyil”.


Sonda onu da xatırladaq ki, qarşıdakı dünya çempionatı da bir neçə ölkədə keçiriləcək – 2026-nın yayında ABŞ, Meksika və Kanada mundiala “qucaq açacaq”. Bu ölkələrin müştərək ərizəsi səsvermədə Mərakeşə qalib gəlmişdi. Tarixdə ilk dəfə turnirə 48 komanda qatılacaq, bu isə ənənəvi formatdan 16 komanda artıq deməkdi. Açılış oyunu iyunun 11-nə, final görüşü isə iyulun 19-na nəzərdə tutulub. Dünya çempionu titulunu hazırda Argentina yığması daşıyır. Messi və komanda yoldaşları son mundialda Fransa ilə keçirilən və 3:3 bitən oyunun penalti seriyasından qalib ayrılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri