Icma.az
close
up
RU
Dədə baba plovu, bayram xələti və xoşab Naxçıvanın unudulmayan Novruz adətləri

Dədə baba plovu, bayram xələti və xoşab Naxçıvanın unudulmayan Novruz adətləri

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevilən bayramlarından biridir. Vətənimizin hər bölgəsində özünəməxsus şəkildə qeyd olunan bu bayram Naxçıvanda da qədim adət-ənənələrlə nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılıb.

Naxçıvanda Novruz bayramı ilin axır çərşənbəsindən başlayır. Həmin axşam naxçıvanlılar bu dünyadan köçən doğmalarının qəbirüstünü ziyarət edir, qız gəlinlər axşamlar “Dədə-baba plovu” hazırlıyır, ailənin gənc oğlanları tonqal qalayır, nişanlı qızlara və yeni gəlin köçənlərə bayram payı göndərirlər.

Novruz bayramı axşamında Metbuat.az-ın müxbiri Naxçıvan şəhəri Kəngərli rayonu Təzəkənd kənd sakini tikməçi Xuraman Seyidovanın qonağı olub.

Müsahibimiz uzun illərdir Naxçıvanda müxtəlif təbii daşlardan gözəl əl işi nümunələri hazırlayır. Onun əl işləri paytaxt sərgilərində də nümayiş edilir. Xuraman xanım Metbuat.az-a müsahibəsində bildirib ki, Naxçıvanda Novruz ənənələrinin bəziləri günümüzə qədər qorunub saxlanılıb.

Xuraman xanım, xoş gördük! Bayramınız mübarək! Oxucularımız üçün çox maraqlı olardı, bu gün Naxçıvanda Novruz bayramı hansı ab-havada qeyd olunur? Bəlkə də elə adətlər var ki, yalnız Naxçıvana məxsusdur və başqa yerlərdə bilinmir? Ən vacib bayram ritualları hansılardır?

Xoş gördük, sizin də bayramınızı təbrik edirəm. Gülbəniz xanım, Naxçıvanda Novruz çox gözəl və xüsusi qeyd olunur. Ən vacib adətlərdən biri ilaxır çərşənbəsində həyata keçirilir. İlaxır çərşənbəyə həm də “Yeddiləvin” deyilir. Həmin gün evlərdə süfrə açılır və süfrəyə növbənöv şirniyyatlar, çərəzlər və bir çox bayram nemətləri düzülür. Bu nemətlər 7 adda olmalıdır. Bayram günü kənd ağsaqqalları, ağbirçəkləri, bir sözlə, kiçikdən-böyüyə hər kəs kənd mərkəzində qalanan tonqalın ətrafına toplaşıb bayramı bir yerdə keçirirlər.

İlaxır çərşənbədə qəbirüstü ziyarətə getmək çox vacibdir. Hər kəs əvvəlcə öz yaxınlarının məzarını ziyarət edir, dualar oxuyur, sonra isə evə qayıdıb bayram hazırlıqlarına başlayır. Evdə isə ənənəvi yeməklər hazırlanır, xüsusən də “Dədə-baba plovu”.

Xuraman xanım, “Dədə-baba plovu” necə hazırlanır? Digər plovlardan tərkibinə görə necə fərqlənir?

“Dədə-baba plovu” naxçıvanlıların xüsusi plovudur. Əvvəllər nənələrimiz bunu ləpə noxudu, düyü və “Naxçıvan əriştəsi” ilə bişirirdi. Elə indi də bəzi evlərdə bu ənənə qalır. Ərişdəni ya özümüz, ya da nənələrimiz kəsir, qovurur ondan plov süzürlər. Biz adətən onunla “Səbzi plov” da edirik.

Novruz bayramında nişanlı qızlara plov göndərmək vacibdir. Həmin plovu qarası ilə birlikdə göndərirlər. Əvvəllər analar qızına plov göndərirdi. Amma o plov toyuqla hazırlanırdı. İndi isə gəlinlərə qayınanaları bayram payı aparır.

Xuraman xanım, illər keçir, bir çox adətlərimiz demək olar unudulub xatırlanmır, siz o adət ənənələri görüb bu günə qədər yaşadan şəxslərdənsiniz. Naxçıvanda Novruz bayramında hansı adətləri var? Ənənələr eyni şəkildə davam edir, yoxsa zamanla dəyişikliklər olub?

Xatırlayıram, o vaxtlar axşam düşən kimi hamı həyətə axışardı, tonqallar qalanardı. Böyüklü-kiçikli, hamı o alovun ətrafına yığışardı. Tonqalın üzərindən tullana-tullana "ağırlığım, uğurluğum tökülsün bu odun üstünə" deyərdik. Uşaq idik, inanırdıq ki, o odda nə qədər dərdimiz-sərimiz varsa, hamısı yanıb külə dönəcək. Amma indi baxıram ki, o tonqalların da, o günlərin də alovu bir başqa idi. Sonra yemək yeyib yavaş-yavaş küçələrə çıxardıq. Ən maraqlı hissə idi – qapı pusmaq! Qapının yanında dayanıb içəridə danışılan sözlərə qulaq asardıq. Çünki inanırdıq ki, ilk eşitdiyimiz söz bizim niyyətimizə işıq tutacaq. Bəzən içəridən bir nənənin gülə-gülə "hə, nə gözəl olacaq" deməsini eşidəndə sevincimizdən hoppanardıq. Amma elə də olurdu ki, kimsə "yox, alınmaz" deyirdi, biz də pərt halda yolumuza davam edirdik. İndi düşünürəm, həqiqətən o sözlər taleyimizi dəyişirdi, yoxsa biz özümüz inanırdıq deyə elə olurdu?

Bir də papaq atmaq vardı. Torbamızın ucuna ip bağlayıb qapıdan içəri atardıq. Həyəcan içində gözləyərdik – görəsən, içindən nə çıxacaq? Əgər konfet, qoz, fındıq tapırdıqsa, bu, uğurlu il olacaq demək idi.

Adətən papaqlarımıza quru meyvələr, qoz, fındıq, badam qoyardılar. Ən çox da torbalarımıza mövüz qoyurdular. Mövüz kişmişin dənəlisinə deyirlər. Qardaş həmişə ilaxır günü yeməyini yeyəndən sonra bacıya bayram payı aparardı. Onun adına “bayram xələti” deyərdik. O vaxtlar bu adət elə vacib idi ki, heç kim bundan yayınmazdı. Böyük-kiçik fərq etməzdi, bacı-qardaş bir-birini unutmamalı idi. Hətta uzaqda olsa belə, bir hədiyyə, bir şirniyyat, bir parça paltar aparılardı ki, bayramın bərəkəti, sevinci evlərə yayılsın.

Bayramın başqa bir gözəlliyi təzə paltar geyinməklə bağlı idi. Uşaq idik, bilirdik ki, bayram günü köhnə paltar geyinmək olmaz. Hamımız sevinə-sevinə yeni paltarlarımızı geyinirdik. Heç kim uşağına köhnə paltar geyindirməzdi.

Səhər tezdən hamı oyanardı, bayram axşamının şirin yuxusunu bir kənara qoyub bulağa yollanardıq. Qızlar, gəlinlər ilk iş olaraq bulaq başına gedərdi. Suyun üstündən tullanıb deyərdik: "Ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə!" Sanki bütün dərdlərimizi, qayğılarımızı o axar suya verirdik ki, aparsın, yerinə təmizlik, ruzi, bərəkət gətirsin.

Sonra bulaqdan dörd daş götürərdik, evin hər küncünə birini qoyardıq – bu, evə xeyir-bərəkət gətirərdi, deyirdilər. O sudan da bir qab götürüb süfrəyə qoyardıq ki, bayram süfrəsinə təravət, həyat enerjisi gəlsin.

Səhər açılandan sonra kəndin bütün cavanları bir ənənəni yerinə yetirərdi. Əgər evdə yaşlı bir nənə, ana varsa, onların ziyarətinə gedərdilər. Boş getmək olmazdı, kimisi bir cüt corab, kimisi bir alma, kimisi bir şirinlik aparardı. Əsas olan hədiyyənin böyüklüyü deyildi, əsas olan hörmət idi, qocaya-qarıya, böyüyə dəyər vermək idi.

Bütün kənd bir-birini unutmurdu, hər kəs bir-birinə baş çəkirdi. İndi o adət bir az azalıb, amma hələ də bəzi evlərdə qalır.

Naxçıvanda Novruzla bağlı hazırlanan xüsusi yeməklərdən danışdıq. Bəs sizin uşaqlıq illərinizdə hansı şirniyyatlar hazırlanardı?

Bilirsiniz, Naxçıvanda Novruz bayramının dadı təkcə şirniyyatlarla yox, həm də qədim adətlərin isti nəfəsi ilə yadda qalır. Bayram süfrələrinin ayrılmaz hissəsi isə qozlu çöçə və xoşabdır.

Bizim qozlu çöçəmiz – nəinki şirinliyi, həm də birlik və bərəkəti simvolizə edir. Bayram süfrəsində həmişə olurdu, qonaqlara verilirdi. Amma təkcə şirniyyat vermək yetmirdi, üstündən bir kasa xoşab da içilməliydi. Xoşab dediyimiz isə adi kompot deyildi – quru ərik, alça, müxtəlif qurudulmuş meyvələrdən hazırlanır, içərisinə bir az istiot, bir az da şirin ədviyyatlar atılırdı ki, tamı qeyri-adi olsun. İstiotun o şirin dadla qarışığını kim bir dəfə içibsə, o dadı heç vaxt unutmaz.

Əvvəllər bu süfrə təkcə yemək üçün deyil, bir ənənənin yaşaması üçün qurulurdu. Bayram vaxtı cavanlar yaşlı nənələri, ağsaqqalları ziyarətə gedirdi. Əliboş getmək olmazdı, ya bir şirinlik, ya bir kiçik hədiyyə aparılırdı. Ev sahibləri isə onlara qozlu çöçə və xoşab təqdim edirdi. Bu təkcə bayram süfrəsi deyildi, hörmət və ehtiramın göstəricisi idi.

İndi bu adət bəzi kəndlərdə qalıb, bəzi yerlərdə isə unudulub. Amma hələ də ilaxır çərşənbəsi Naxçıvanda xüsusi qeyd olunur. Biz bayramı əsasən ilin axır çərşənbəsində daha təntənəli edirik. O gün cavanların böyükləri ziyarət etməsi, hörmət göstərməsi hələ də davam edir.

Xuraman xanım, Novruz bayramı illərdir Naxçıvanda böyük coşğu ilə qeyd olunur. Amma zaman keçdikcə bəzi adətlər yavaş-yavaş unudulur, kölgədə qalır. Sizcə, Naxçıvanda Novruz bayramına məxsus hansı ənənələr artıq icra edilmir?

Zaman keçdikcə bəzi adətlər unudulur, bəziləri isə hələ də qorunub saxlanılır. Bir vaxtlar bizdə qapı pusmaq, niyyət tutmaq və papaq atmaq kimi ənənələr vardı. Lakin indi hər evin böyük hasarları, bağlı qapıları var. Heç kim əvvəlki kimi qonşu və qohumların qapısını döyüb papaq ata bilmir, niyyət tutmaq üçün qulaq asmaq adəti isə demək olar ki, yox olub.

İndi Novruzda “Dədə baba plovu” da bişirmirik. Digər plovlardan hazırlayırıq. Amma bayram süfrəsində xoşab içmək və bayram payı aparmaq, tonqal qalamaq kimi adətlər hələ də yaşamaqdadır. İlaxır çərşənbədə ailələr bir-birinə bayram payı aparır, qızlara və gəlinlərə xüsusi hədiyyələr göndərilir. Biz əsasən İlaxır Çərşənbəni təntənəli qeyd edirik.

Xuraman xanım, Novruz bayramı sizin üçün hansı hissləri ifadə edir?

Bizim böyük ailəmiz var. Mənim anamgil hələ də keçmişdən qalan bir çox ənənələr əsasında baharı qarşılayırlar. Bayramın ən maraqlı ənənələrindən biri də ailələr arasında bayram sovqatlaşmasıdır. Əvvəlcə ana qızına bayram payı göndərir. Martın 21-də isə əksinə, qız anasına bayram hədiyyəsi gətirir. Nişanlı qızlar öz qayınanalarına, ərdə olan qızlar isə analarına pay aparır. Bizim tayfamız qohum-əqrəbaya çox bağlıdır. Hər il bayram axşamı bütün ağbirçəklərimizi, böyüklərimizi ziyarət edirik. Bir süfrə arxasında toplaşıb, ənənəvi yeməklərimizi yeyir, qozlu çöçə və xoşabdan dadırıq.

Düşünürük ki, bu, nəinki bir ənənə, həm də hörmətin və ailə bağlarının möhkəmliyinin göstəricisidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə dərc olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri