Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Türk dünyasında Novruz adətləri

Türk dünyasında Novruz adətləri

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Novruz bayramı türk xalqlarının ortaq mədəni sərvəti olmaqla yanaşı, hər xalqın adət-ənənəsinə uyğun müxtəlif rəng çalarları ilə qeyd olunur.

Bu bayramın əsas fəlsəfəsi yazın gəlişini, təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edir. Ancaq türk dünyasının geniş coğrafiyasında Novruz bayramı fərqli mərasimlər, yeməklər, oyunlar və inanclarla zənginləşərək özünəməxsus xüsusiyyətlər qazanıb.

Azərbaycanda Novruzun gəlişi dörd çərşənbə ilə xəbər verilir. Su çərşənbəsi - Su dirilik rəmzidir, bu çərşənbədə bulaqların, çayların açılması, suyun təmizləyici gücünə inanılması önəmlidir.

Od çərşənbəsi - Od isini, istiliyi və paklığı simvolizə edir. Tonqallar qalanır, insanlar onun üzərindən atlayaraq pisliklərdən qurtulmağa inanırlar.

Yel çərşənbəsi - Yelin hərəkətə gətirdiyi təbiət oyanır, küləklər havanı təmizləyir.

Torpaq çərşənbəsi - Torpaq isinir, yeni həyat başlayır, əkinçiliyin simvolu olan bu gün Novruzun tam gəlişini bildirir.

Hər çərşənbə axşamı insanlar evlərini təmizləyir, həyət-bacada abadlıq işləri aparır, evin künc-bucağını süpürürlər. İnanca görə, Novruza təmiz ev və saf niyyətlə girmək uğur gətirir.

Novruz süfrəsi bol və bərəkətli olmalıdır. Ən vacib elementlərdən biri səmənidir. Səməni təzə həyatın, bolluğun və firavanlığın rəmzidir. Səməni ilə yanaşı, süfrədə şirniyyatlar da xüsusi yer tutur. Xüsusilə şəkərbura, paxlava, şorqoğal.

Bundan başqa, Novruz süfrəsində "S" hərfi ilə başlayan 7 nemət olmalıdır: səməni, su, süd, səbzi (göyərti), sumaq, sarımsaq, sirkə.

"Atəşdə yanmaz, suda batmaz" deyimi ilə əlaqəli olaraq, Novruzda tonqal qalanır və insanlar onun üzərindən atlayaraq "Ağırlığım, uğurluğum od içində qalsın" deyirlər. Bu adət insanın bütün pis enerjidən, xəstəliklərdən və uğursuzluqlardan azad olmasını simvolizə edir.

Qızlar və gənc oğlanlar Novruz axşamı qapı pusma (qulaq falı) edirlər. Bir evin qapısına yaxınlaşıb içəridə danışılan ilk sözlərə qulaq asırlar. Əgər yaxşı söz eşidərlərsə, arzularının gerçək olacağına inanırlar.

Azərbaycanın Novruz şənliklərində Kosa və Keçəl obrazları əsas yer tutur. Kosa bolluğun, varlığın, Keçəl isə yoxsulluğun və ehtiyacın simvoludur. Bu iki personaj arasında gedən dialoq və oyunlar insanları güldürərək bayram sevincini artırır. Bayramın ən sevimli oyunlarından biri yumurta döyüşdürmədir. Hər kəs öz bərk bişmiş yumurtası ilə rəqibin yumurtasını sındırmağa çalışır. Yumurtanın qırılmaması uğur rəmzi hesab olunur.

Novruz gecəsi hər kəsin öz evində olması vacibdir. Çünki inanca görə, həmin gün hərə öz evində olmasa, bütün ili qəribçilikdə keçirəcək.

Qırğızıstanda Novruz bayramı böyük şövqlə qeyd olunur və mart ayına "Novruz" deyilir. Bayram ərəfəsində insanlar evlərini təmizləyir, küsülülər barışır, hamı yeni paltar geyir. Qırğızlar Novruz süfrəsində xüsusi bir yemək olan beşbarmaq bişirirlər. Quzu ətindən və makarona bənzər un məmulatından hazırlanan bu yemək adını "beş barmaq" – yəni əllə yeyildiyi üçün alıb.

Qırğızlar odun paklaşdırıcı gücünə inanır, ancaq tonqal üzərindən atlanmaq əvəzinə həyətlərini odla təmizləyirlər. Onlar "Alas-alas, hər bəladan xilas!" – deyərək həyətlərini atəşlə pis ruhlardan qoruyurlar. Qədim türk şamanlarından qalma bu adət bu gün də yaşadılır. Bayram günü qar yağsa, bunu uğur əlaməti sayırlar. Qırğız əfsanələrində isə qız gözəlliyi Novruzda yağan qarın təmizliyi ilə müqayisə olunur. Qırğızlar arasında bir ənənə də vardır: Novruz günü doğulan oğlanlara Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilir.

Türkmənlər Novruza bir həftə qalmış bayrama hazırlıqlara başlayırlar. Evlər təmizlənir, süfrələr bəzədilir. Türkmən mətbəxində Novruzun simvolik yeməyi səmənidir. Böyük qazanda buğda, un və şəkərdən hazırlanan səməni 21 martda bayram süfrəsinin əsas bəzəyinə çevrilir. Bu, təbiətin canlanmasını, bərəkətin rəmzini ifadə edir. Bayram axşamı türkmənlər birlikdə tonqal qalayıb, onun ətrafında dövrə vururlar. Çılğın oyunlar, musiqi və rəqslər axşamı bəzəyir.

Qazaxıstanda Novruz Naurız adlanır və "yazın doğulması" mənasını verir. Bayram həm də "Ulus küni" (xalqın böyük günü) kimi tanınır. Qazax süfrəsinin əsas yeməyi isə naurız-kojedir. Bu yemək 7 əsas inqredientdən hazırlanır: ət, su, duz, yağ, un, taxıl və süd. Bunlar həyatın 7 elementini – firavanlıq, uğur, müdriklik, sağlamlıq, bolluq, sürət və ilahi mühafizəni simvolizə edir. Bayram günü qazaxlar bir-birilərini "Köktem tudı!" (Yazın doğulması!) sözləri ilə təbrik edir və hər kəs 7 evə qonaq gedib, öz evinə də 7 nəfəri dəvət etməlidir. Axşamlar isə akın adlanan xalq aşıqları dombra aləti ilə deyişmələr edir. Bu, səhərə qədər davam edən maraqlı şouya çevrilir və şeir ustalığı ilə yaxşılıq və xeyri tərənnüm edən qalib gəlir.

Özbəkistanda Novruz bayramı xüsusilə təmtəraqlı keçirilir. Səmərqənd, Buxara və Əndicanda bayram tədbirləri bir həftə davam edir. Özbək süfrəsi rəngarəng yeməklərlə dolur: sümələk (buğda cücərtisindən hazırlanan şirni), plov, samsa və digər yeməklər. Ənənəyə görə, süfrədə "S" hərfi ilə başlayan 7 nemət – sünbül, səbzi, sirkə, iydə (sancid) və s. düzülür. Bayram günlərində kupkari adlanan at oyunları keçirilir. Bu oyunda igidlər ata minib, bir-birlərindən keçi və ya qoyun götürməyə çalışırlar. Bu, qəhrəmanlıq və güc simvoludur.

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində, xüsusilə Qaziantep və Qars şəhərlərində Novruza "Sultan Novruz" adı verilir. Qarsda "baca-baca" və "qapı pusma" kimi adətlər bugünədək qorunub saxlanır. Gənclər evlərin qapısını pusaraq, şirni və ya hədiyyə almaq üçün müxtəlif oyunlar oynayırlar.

Altay türkləri Novruzu "Cılgayak" adı ilə qeyd edirlər. Onlar süfrəyə bal qatılmış qatıq, dondurulmuş ət və qoyun dırnağından yeməklər düzürlər.

Yakutiyada isə Isıah Bayramı ilə Novruz birləşir. Bu bayram Tanrıya şükranlıq mənası daşıyır. Şamanlar yerə qımız səpərək keçmiş ilin pisliklərindən qurtulma, yeni ilin bolluq və bərəkət gətirməsi üçün dualar edirlər. Gənclər isə ürəklərində arzu tutaraq ağaclara rəngli parçalar bağlayırlar. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri