Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Dədə Şəmşir hər vaxtın DƏDƏSİ

Dədə Şəmşir hər vaxtın DƏDƏSİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan mədəniyyətinin, mənəviyyatının ən dərin qatlarında yaşayan, sazın səsi ilə ruhumuza hopan bir sənət var - aşıqlıq. Aşıqlığın klassik anlamı blkə də, aşiq olmaq, sevmək, fəda olmaq deməkdir.   

Bu, sadəcə şeir söyləmək və ya musiqi ifa etmək deyil: bu, bir xalqın tarixini, sevgisini, qəhrəmanlığını və fəlsəfəsini nəsildən-nəslə ötürən bir ocaqdır. Aşıqlıq sənəti xalqın ruhunda, dilində danışan, onun dərdini, sevincini sazın simlərində dilləndirən canlı epopeyadır.

Azərbaycanın gerçək aşıqları tək musiqiçi və ya şair deyillər, onlar həm də xalqın söz adamları, müdrik yol göstərənlərdir. Onlar dastanları ilə igidlərin qəhrəmanlığını dilə gətirər, qoşmaları ilə məhəbbətin ən saf, ən ülvi çalarlarını təsvir edər, gəraylıları ilə hikmətin ən dərin qatlarına enərlər. Aşıqlar həm də məclisin ruhudur – bir xalqın keçmişini, bu gününü və sabahını sazın sehrində birləşdirən sənətkarlardır.

Bu sənətin fədailərinə DƏDƏ deyirlər. Dədə Ələsgər, dədə Şəmşir...

Bu gün Dədə Şəmşirin 135 yaşı tamam olur. Çox qəribədir, Dədə Şəmşirin yaradıcılığına diqqət etdikdə ona yaş verməkdə aciz qalır adam. 

Şeirləri elə dərinliklərə gedib çıxır ki, düşünürsən o, Azərbaycanın ən yaşlı adamıdır. 

Digər bir şeirini oxuyursan, bu dəfə fikrin dəyişir, elə bilirsən ki, Dədə Şəmşir ya gəncdir, ya da hələ doğulmayıb. Dədəliyin sehri adamı tutur.

Bəli, harada yaşlı var, harada gənc var, harada sevgi var, harada mənəviyyat var, ağsaqallıq var, ağayanalıq var Dədə Şəmşir ordadır.

Harada dağlar var, dərələr var, cəmənlik, gül, çiçək var, bulaqlar var, qar var, Dədə Şəmşir ordadır. 

Harada gözəllik var, Dədə Şəmşir ordadır.

Harada haqq var Dədə Şəmşir ordadır. 

Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Dədə Şəmşir dünəndədir, bu gündədir, sabahdadır.

Onun sazından süzülən havalar sadəcə bir musiqi alətinin səsi deyil – o, dil açıb danışan, pis günlərimizə yas tutan, qəhrəmanlıqlarımızı göylərə qaldıran, xalqın taleyini nəğmə edən, körpələrə laylay, dünyasını dəyişənlərə ağu deyən tarixdir. 

Dədə Şəmşir bir ruhdur.

Dədə Şəmşir bir Kəlbəcərdir. 

Kəlbəcər deyiləndə ilk yada düşən, göz önünə gələn Murovdu, Dəlidağdı, Tərtərdi, Dədə Şəmşirdi.

Öz səsi də, sazının səsi də bənzərsizdir, bir başqadır. Şeirləri sadəcə misralar deyil, danışan tarixdi, mənəviyyatdır, milli çalarları özündə cəmləşdirən xəzinədir.

Saf məhəbbət, Vətən sevgisi, həyat fəlsəfəsini bu xəzinədə tapmaq olar. Onun yaratdığı qoşmalar, gəraylılar, təcnislər Azərbaycan poeziyasının üst nümunələridir. 

Dədə Şəmşir indiki anlamda, indikilər kimi aşıq olmayıb. Yaşlı adamlarla, onu görənlərlə həmsöhbət olursan, dinləyirsən, heyrət səni bürüyür. Sən demə, onu toy məclislərinə saz çalmaq, dastan demək üçün çağırmırmışlar, xeyir-dua almaq üçün dəvət edirlərmiş. Möcüzəyə bax, Allah-Allah! 

Qan yatırmağa, elçiliyə, barışıqlığa onu çağırarmışlar.

Xeyir-dua adamı!

Belə ruh, belə mənəviyyat ondan necə olub. Haqq aşiqi deyilən budur, bəlkə.

Dədə Şəmşirin qısa tərcümeyi-halına fikir ayıraq.

1893-cü il martın 15-də Kəlbəcərin Dəmirçidam kəndində dünyaya göz açıb. O, el şairi və sənətkar olan atası Ağdabanlı Qurbanın yolunu davam etdirərək, aşıq sənətinin inkişafına böyük töhfələr verib. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin Kəlbəcərdə Səməd Vurğunla görüşməsi, deyişməsi Səməd Vurğunda ona vurğunluq yaradıb. 

Aşıq Şəmşir təkcə istedadlı ifaçı və şair deyil, həm də böyük məktəb yaradan sənətkardır. Onun yetirmələri arasında Aşıq Qardaşxan, Qəmkeş Allahverdi, Aşıq Xalıqverdi kimi tanınmış saz-söz ustadları var. O, yalnız saz ifaçılığına deyil, bütövlükdə poeziya mədəniyyətinə təsir göstərib. Bəhmən Vətənoğlu, Sücaət kimi şairlər məhz onun sənət ənənələrindən bəhrələnərək öz yolunu müəyyən ediblər.

Dədə Şəmşirin yaradıcılığı bu gün də Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olaraq yaşayır. Sazın sehrli səsi ilə onun dastanları dillənir, yaradıcılığı yeni nəfəslə səslənir. Onun qoşmaları hələ də xalqın içindədir, hələ də sazın sehrində tariximizin, sevgimizin, ruhumuzun nəğməsini ifadə edir. Aşıq Şəmşirin izləri sazın hər simində, hər sözündə, hər nəğməsində yaşayır.

Bu gün Dədə Şəmşirin 135 illiyi qeyd edilir, bu təkcə bir yubiley deyil, həm də onun sənətinin zaman qarşısında üzüağö çıxdığını, sazın və sözün gücü ilə hələ də yaşadığını sübut edən bir tarixdir. O, təkcə keçmişin deyil, bu günün və gələcəyin də ustadıdır. Onun yaratdığı misralar sazın simlərində səslənməkdə, yeni nəsillərə ruh verməkdə davam edir. 

Bu gün Kəlbəcərin azaddır, DƏDƏ...

Sənin ruhun da azaddır, şaddır...

Öz ocağında, öz tüstüsündə DƏDƏmizi ziyarət etmək nəsibimiz olsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri