Icma.az
close
up
RU
Aşıq Şəmşir Göygöldə yad olundu FOTOLAR

Aşıq Şəmşir Göygöldə yad olundu FOTOLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöl rayonunda fəaliyyət göstərən Aşıq Şəmşir adına musiqi məktəbi və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 133-cü ildönümü münasibətilə onun büstü önündə anım tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Göygöl rayon musiqi məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. 
Çıxış edənlər Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin zəngin yaradıcılığından geniş bəhs ediblər. Qeyd olunub ki, bütün dövrlərdə aşıq sənətinə, eləcə də Aşıq Şəmşir yaradıcılığına yüksək qiymət verilib, sənətkar müxtəlif dövlət təltiflərinə layiq görülüb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2003-cü ildə Aşıq Şəmşirin 115 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı musiqi məktəbinə onun adı verilib və büstü ucaldılıb. Bu diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sənətkarın 125 illik yubileyi də yüksək səviyyədə qeyd olunub.
Həmçinin vurğulanıb ki, aşıq sənətinə göstərilən dövlət qayğısının bariz nümunəsi olaraq, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Tədbirdə qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, Aşıq Şəmşirin doğma yurdu da azadlığa qovuşmuşdur. Gələcəkdə bu torpaqlarda sənətkarın adına saz-söz bayramlarının keçiriləcəyi vurğulanıb.
Sonda musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən Aşıq Şəmşirin şeirləri səsləndirilib, saz ifaları təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri