Icma.az
close
up
RU
Dedi 12ci imamam, görüşmək istəyirəm. Bıçaqla vurdu Məsciddə qanlı hadisə /MƏHKƏMƏ

Dedi 12ci imamam, görüşmək istəyirəm. Bıçaqla vurdu Məsciddə qanlı hadisə /MƏHKƏMƏ

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər ifadə verib.
Zərərçəkən Rəsul Həsənli ifadəsində məsciddə könüllü olaraq xidmət apardığını bildirib: “Mən Elşəni əvvəllər də məsciddə görmüşəm. Elşən bir neçə dəfə Hacı ilə görüşmək üçün məscidə gəlib. Hadisə günü məsciddə əyləşmişdim. Qapı döyüldü. Qapını açanda Elşəni gördüm. Elşən mənə Hacı ilə görüşmək istədiyini bildirdi. Mən Hacının yanına qalxdım, özünü 12-ci imam adlandıran şəxsin onunla görüşmək istədiyini dedim. Hacı Əli Şərbətov mənə dedi ki, yanımda adam var. Qonağı yola salandan sonra onunla görüşəcəm. Mən Elşənə bunu dedim. Onun mənə hücum edəcəyini gözləmirdim. Elşən mənə bıçaqla hücum etdi. Bir bıçağı sağ qulağıma, digər bıçağı qarın nahiyəmə vurdu”.
Zərərçəkən bildirib ki, bıçaqlanandan sonra oradan uzaqlaşıb.
“Mən oradan qaçdım. O mənim arxamca gələrkən Əli Şərbətovu, qardaşımı və məni öldürəcəyini bildirdi. Yolda bir nəfər məni bu vəziyyətdə görərək salfet aldı. Hadisədən 10-15 dəqiqə sonra təcili tibbi yardım maşını gəldi. Mən maşında olanda hadisə yerinə polislər də gəldi”.
Təqsirləndirilən Elşən Hüseynov zərərçəkənin yalan ifadə verdiyini bildirib:
“Mən sənlə üzbəüz durmuşdum, bıçaq sağ əlimdə idi. Sənin sağ qulağına necə zərbə endirə bilərdim? Əgər sağ qulağın xəsarət alıbsa, demək başqası vurub. Bu barədə videogörüntü belə var. Mənim bıçağım onun sol qulağına dəyib. Lakin mənim məqsədim zərbəni sənin qulağına deyil, boğazına vurmaq idi. Səni öldürmək istəyirdim”.
Zərərçəkən bildirib ki, Elşən Hüseynovun özünü 12-ci imam kimi təqdim etdiyini özündən eşitməsə də, bu barədə məlumatı olub.
Daha sonra şahidlər ifadə verib.
Şahid Elmira Əhmədova məhkəmədəki sərbəst ifadəsində bildirib ki, o, məscidlə üzbəüz olan dini mağazada satıcı işləyir:
“Mən təqsirləndirilən şəxsi tanımıram. Rəsulu isə məsciddə xidmətçi kimi tanıyıram. Rəsul mağazaya qulağı qanlı gəldi. O, məndən tez təcili yardıma və polisə zəng etməyimi istədi. Sonra mağazadan çıxaraq qaçdı. Elşən onun arxasınca qaçırdı. Elşən Rəsulu öldürəcəyini deyərək onu söyürdü”.
Şahid qismində ifadə verən Dəyanət Mehdiyev isə bildirib ki, elə hadisə baş verən saatlarda məscidə gedib:
“Məscidin həyətinə girəndə yerdə qan izləri gördüm. Ətrafa baxanda Elşəni gördüm. Əvvəl elə bildim onu təkləyiblər. Ona yaxınlaşaraq nə baş verdiyini soruşdum. Elşən mənə “get işinlə məşğul ol, yoxsa başın ağıyar. Mən sonuncu peyğəmbərəm” dedi. Mən bu sözdən sonra onun normal təfəkkürə malik olmadığını anlayıb uzaqlaşdım”.
Şahid Ceyhun Həsənovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət yaranıb.
Məhkəmə Ceyhun Həsənovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.
Daha sonra aidiyyatı üzrə digər şahidlər ifadə verib.

Proses dekabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb. (APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri