Icma.az
close
up
RU
“Dedi mən 12ci imamam, təcili imamı görməliyəm”

“Dedi mən 12ci imamam, təcili imamı görməliyəm”

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir.

Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclas zərərçəkmiş Rəsul Həsənlinin ifadəsi ilə başlayıb.

Rəsul məsciddə könüllü xidmətçilik edib. Təqsirləndirilən şəxslə də ilk dəfə o görüşüb:

“Elşəni cəmi iki dəfə görmüşəm. Birinci dəfə gələndə dedi ki, imamla görüşmək istəyir. İmam məşğul olduğu üçün həmin gün görüşə bilməyəcəklərini dedim. Bir neçə gün sonra yenə gəldi. Dedi mən 12-ci imamam, təcili imamı görməliyəm. Ardınca imamın qapısını açmağımı tələb etdi. Mən razı olmadığımı bildirən kimi cibindən bıçaq çıxarıb üstümə hücum çəkdi. İlk zərbə qulağıma dəydi. Üzüm-gözüm qan oldu. İkinci dəfə də qarın nahiyəmdən vurdu. Artıq bununla baş edə bilməyəcəyimi bilib qaçdım”.

Zərərçəkmişin sözlərinə görə, Elşən məhz imamla görüşünə icazə vermədiyi üçün onu vurub. O, yaralı vəziyyətdə qaçanda Rəsulu söyüb, onu da, qardaşını da, imamı da öldürəcəyini deyib.

Dövlət ittihamçısını maraqlandıran birinci məsələ təqsirləndirilən şəxsin əvvəllər məsciddə ibadət etməyə gəlib-gəlmədiyi, bundan başqa hadisədən əvvəl özünü şübhəli aparıb-aparmamasıdır.

Zərərçəkmiş Elşəni əvvəl heç vaxt məsciddə görmədiyini bildirib. Hadisə günü isə onda bir narahatlıq hiss etməyib, normal biri kimi yaxınlaşıb.

Elşən Hüseynov zərərçəkmişin dedikləri ilə razılaşmayıb.

Proses şahidlərin ifadəsi ilə davam edib.

Şahid Elmira Əhmədova hadisə baş verən məscidin qarşısında dini mağazada satıcı işləyir. Zərərçəkmiş Rəsul Həsənli qulağından xəsarət alandan sonra onun mağazasına gəlib, kömək istəyib. Şahidin dediyinə görə, pəncərədən baxanda Elşənin də onun dalınca qaçdığını görüb:

“Rəsul qulağından qan axa-axa mağazaya girdi. Qanı kəsmək üçün kömək istədi. Çölə baxanda gördüm bir nəfər də əlində nə isə bir əşya mağazaya tərəf gəlir. Yüksək səslə söyüş söyürdü”.

Növbəti şahid Dəyanət Mehdiyev hadisədən bir neçə dəqiqə sonra ibadət etmək üçün məscidə gəlib. Həmin vaxt təqsirləndirilən şəxsi görüb. Üstü qan olduğu üçün ona yaxınlaşıb, nə baş verdiyini soruşub:

“Elə bildim bunu təkləyiblər. Yaxınlaşanda dedi ki, yaxın durma başın ağrıyar. Sonra qayıtdı ki, bəs mən sonuncu peyğəmbərəm. Bunu deyəndən sonra düşündüm ki, bu normal deyil. Uzaqlaşıb getdim”.

Məhkəmədə iştirak etməyən şahidlər də bənzər ifadə veriblər. Onların ifadəsi elan edilmiş hesab edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri də “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovdur. Şərbətov əvvəlki prosesdə ifadə verib.

Onun ifadəsini də əldə etmişik.

Şərbətov deyib ki, Elşən sonuncu hadisədən əvvəl onunla görüşmək üçün bir neçə dəfə məscidə gəlib. Çox israr etdiyi üçün bir dəfə onu qəbul edib:

“Dedi ki, uzun illər həbsdə olub. “İçəridə” olduğu müddətdə tüpürcəyini udmadan yerə tüpürdüyü üçün tam günahlarından təmizlənib. İsrar edirdi ki, ona vergi verilib və hazırda ən məsum imamlardan olan 12-ci imam Mehdidir. Məndən də tələb edirdi ki, onun 12-ci İmam Mehdi olduğunu hamıya elan edim. Söylədiklərinin müzakirəyə çıxarılacağını dedim. Bundan sonra çıxıb getdi. Onu ciddi qəbul etmədiyim üçün dediklərini heç kimə danışmadım. Üstündən bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi”.

Əli Şərbətov sonda imam kimi heç kimlə şəxsi qərəzi olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see301

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see292

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see278

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see240

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see229

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see224

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see218

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see209

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see206

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see202

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see197

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see196

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see190

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see189

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see187

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see185

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see185

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see170

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see167

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri