Icma.az
close
up
RU
Dedi mən 12ci imamam, təcili imamı görməliyəm MƏHKƏMƏ

Dedi mən 12ci imamam, təcili imamı görməliyəm MƏHKƏMƏ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclas zərərçəkmiş Rəsul Həsənlinin ifadəsi ilə başlayıb.

Rəsul məsciddə könüllü xidmətçilik edib. Təqsirləndirilən şəxslə də ilk dəfə o görüşüb:

“Elşəni cəmi iki dəfə görmüşəm. Birinci dəfə gələndə dedi ki, imamla görüşmək istəyir. İmam məşğul olduğu üçün həmin gün görüşə bilməyəcəklərini dedim. Bir neçə gün sonra yenə gəldi. Dedi mən 12-ci imamam, təcili imamı görməliyəm. Ardınca imamın qapısını açmağımı tələb etdi. Mən razı olmadığımı bildirən kimi cibindən bıçaq çıxarıb üstümə hücum çəkdi. İlk zərbə qulağıma dəydi. Üzüm-gözüm qan oldu. İkinci dəfə də qarın nahiyəmdən vurdu. Artıq bununla baş edə bilməyəcəyimi bilib qaçdım”.

Zərərçəkmişin sözlərinə görə, Elşən məhz imamla görüşünə icazə vermədiyi üçün onu vurub. O, yaralı vəziyyətdə qaçanda Rəsulu söyüb, onu da, qardaşını da, imamı da öldürəcəyini deyib.

Dövlət ittihamçısını maraqlandıran birinci məsələ təqsirləndirilən şəxsin əvvəllər məsciddə ibadət etməyə gəlib-gəlmədiyi, bundan başqa hadisədən əvvəl özünü şübhəli aparıb-aparmamasıdır.

Zərərçəkmiş Elşəni əvvəl heç vaxt məsciddə görmədiyini bildirib. Hadisə günü isə onda bir narahatlıq hiss etməyib, normal biri kimi yaxınlaşıb.

Elşən Hüseynov zərərçəkmişin dedikləri ilə razılaşmayıb.

Proses şahidlərin ifadəsi ilə davam edib.

Şahid Elmira Əhmədova hadisə baş verən məscidin qarşısında dini mağazada satıcı işləyir. Zərərçəkmiş Rəsul Həsənli qulağından xəsarət alandan sonra onun mağazasına gəlib, kömək istəyib. Şahidin dediyinə görə, pəncərədən baxanda Elşənin də onun dalınca qaçdığını görüb:

“Rəsul qulağından qan axa-axa mağazaya girdi. Qanı kəsmək üçün kömək istədi. Çölə baxanda gördüm bir nəfər də əlində nə isə bir əşya mağazaya tərəf gəlir. Yüksək səslə söyüş söyürdü”.

Növbəti şahid Dəyanət Mehdiyev hadisədən bir neçə dəqiqə sonra ibadət etmək üçün məscidə gəlib. Həmin vaxt təqsirləndirilən şəxsi görüb. Üstü qan olduğu üçün ona yaxınlaşıb, nə baş verdiyini soruşub:

“Elə bildim bunu təkləyiblər. Yaxınlaşanda dedi ki, yaxın durma başın ağrıyar. Sonra qayıtdı ki, bəs mən sonuncu peyğəmbərəm. Bunu deyəndən sonra düşündüm ki, bu normal deyil. Uzaqlaşıb getdim”.

Məhkəmədə iştirak etməyən şahidlər də bənzər ifadə veriblər. Onların ifadəsi elan edilmiş hesab edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri də “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovdur. Şərbətov əvvəlki prosesdə ifadə verib.

Onun ifadəsini də əldə etmişik.

Şərbətov deyib ki, Elşən sonuncu hadisədən əvvəl onunla görüşmək üçün bir neçə dəfə məscidə gəlib. Çox israr etdiyi üçün bir dəfə onu qəbul edib:

“Dedi ki, uzun illər həbsdə olub. “İçəridə” olduğu müddətdə tüpürcəyini udmadan yerə tüpürdüyü üçün tam günahlarından təmizlənib. İsrar edirdi ki, ona vergi verilib və hazırda ən məsum imamlardan olan 12-ci imam Mehdidir. Məndən də tələb edirdi ki, onun 12-ci İmam Mehdi olduğunu hamıya elan edim. Söylədiklərinin müzakirəyə çıxarılacağını dedim. Bundan sonra çıxıb getdi. Onu ciddi qəbul etmədiyim üçün dediklərini heç kimə danışmadım. Üstündən bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi”.

Əli Şərbətov sonda imam kimi heç kimlə şəxsi qərəzi olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri